Yuxarı

Azərbaycan və Türkiyə müdafiə nazirləri görüşdü

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sentyabrın 24-də Bakı Ekspo Mərkəzində keçirilən "ADEX" 5-ci Yubiley Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi çərçivəsində Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyənin milli müdafiə naziri Yaşar Gülər ilə görüşüb.

Bu barədə Axar.az-a Azərbaycan Müdafiə Nazirliyindən bildirilib.

Geniş tərkibdə keçirilən görüşdə Azərbaycan müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev, müdafiə nazirinin müavini – Baş direktor Aqil Qurbanov, müdafiə nazirinin müavini - Hərbi Hava Qüvvələrinin komandanı vəzifəsini icra edən general-leytenant Namiq İslamzadə, müdafiə nazirinin müşaviri general-polkovnik Bəxtiyar Ersay, Türkiyə Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ordu generalı Mətin Gürak, Hərbi Dəniz Qüvvələri komandanı donanma admiralı Ercüment Tatlıoğlu, Quru Qoşunları komandanı ordu generalı Səlcuq Bayraqdaroğlu, Hərbi Hava Qüvvələri komandanı ordu generalı Ziya Camal Kadıoğlu, Türkiyə Respublikasının Azərbaycandakı səfiri cənab Cahid Bağcı və digər vəzifəli şəxslər iştirak edib.

Görüşdə Azərbaycan-Türkiyə əlaqələrinin dostluq, qardaşlıq və strateji müttəfiqliyə əsaslandığı bildirilib. Ölkələrimiz arasında hərbi, hərbi-texniki, hərbi təhsil və hərbi tibb sahəsində əməkdaşlığın cari vəziyyətindən məmnunluq ifadə olunub, ikitərəfli əlaqələrin inkişaf perspektivləri, regional təhlükəsizlik və digər məsələlərə dair geniş fikir mübadiləsi aparılıb.

Sonra general-polkovnik Z.Həsənov Türkiyə Prezident Administrasiyasının Müdafiə Sənayesi Komitəsinin sədri cənab Haluk Görgünün rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Türkiyənin bir neçə aparıcı hərbi sənaye şirkət rəhbərinin də iştirak etdiyi görüşdə birgə hərbi-texniki layihələrin hər iki qardaş ölkənin müdafiə qüdrətini daha da artıracağına əminlik ifadə olunub, əməkdaşlığın yeni perspektivləri müzakirə edilib.

Keçirilən görüşlərdə, həmçinin texnoloji innovasiyaların tətbiqi ilə birgə istehsalatın artırılmasının vacibliyi xüsusi qeyd olunub. "ADEX" 5-ci Yubiley Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi yüksək qiymətləndirilib.

Hər iki görüşün sonunda hərbi-texniki əməkdaşlığa dair bir neçə müqavilə imzalanıb.

Tarix
2024.09.24 / 19:46
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bayramov maltalı həmkarı ilə COP29-u müzakirə etdi

Qafarova Simonyanla sülh prosesini müzakirə edəcək

Bayramov Ukraynanın yeni XİN başçısı ilə görüşdü

Zakir Həsənov Ruslan Jaksılıkovla görüşdü

ADEX-2024: Prezidentdən sərgi iştirakçılarına müraciət

Pezeşkian ABŞ-da müxbirə azərbaycanca cavab verdi - Video

Türk ordusunun elitası Bakıda: Rekord qeydə alındı!

Hikmət Hacıyev Putinin xüsusi nümayəndəsi ilə görüşdü

Müharibəyə göndərilirdilər, Bakı onları geri aldı

Müdafiə nazirləri Bakıda silah sistemlərinə baxdı - Foto

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla