Yuxarı

“İstisu” suları xarici bazarlara çıxarılacaq

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sentyabrın 2-si Prezident İlham Əliyev və xanımı Mehriban Əliyevanın iştirakı ilə açılışı olmuş Kəlbəcər rayonundakı “İstisu” mineral su zavodunun məhsulları xarici bazarlara çıxarılacaq.

Axar.az xəbər evrir ki, bunu Report-a açıqlamasında zavodun direktoru Adil Haqverdiyev bildirib.

"Artıq bununla bağlı danışıqlar aparılıb, oktyabr ayında ilk ixracımızı həyata keçirəcəyimiz gözlənilir. Bu da həm zavodumuz, həm də ölkəmiz adına qürurverici bir hadisədir. Mineral suyumuz dünya bazarlarında satılacaq", - deyə o qeyd edib.

Direktorun sözlərinə görə, "İstisu" markası ölkə daxilində də böyük marağa səbəb olub:

"Çox qısa zamanda dünya standartlarına uyğun müasir bir zavod inşa edilib, illərlə həsrətində olduğumuz "İstisu" markası yenidən canlandırılıb, xalqımıza təqdim edilib. Bu, başda Prezidentimiz olmaqla dövlətimizin qüdrətinin təcəssümüdür. "İstisu" markasına xalqın dəstəyi var. Odur ki, qısa zamanda zavod 1 növbəli iş rejimində 100 % doluluqda işləyib, gələn aydan isə biz 2 növbəli iş rejiminə keçməyi planlanlaşdırıq. Bu da öz növbəsində daha çox Kəlbəcər sakininin işlə təmin olunması, rayonda sosial-iqtisadi fəallığın artması deməkdir. Ümumilikdə zavodda 100 nəfərin işləməsi planlaşdırılır. Hazırda bu rəqəm 75-dir. Onun da 56 nəfəri Kəlbəcər sakinidir. Bu da çox qürurverici haldır ki, sakinlər köçdən öncə işlə təmin olunub. Əməkdaşlarımız arasında şəhid ailələri, müharibə qəhrəmanları və iştirakçıları var”.

Qeyd edək ki, “İstisu”-Kəlbəcərin İstisu qəsəbəsində unikal yeraltı termal-mineral su yatağından gələn, içməli təbii mineral qazlı sudur. 1951-ci ildə isti suyun xüsusiyyətlərinin araşdırılması məqsədilə Azərbaycan SSR Səhiyyə Nazirliyi ilə birgə professor Mirəli Qaşqayın rəhbərliyi altında elmi araşdırma aparılıb. Bu araşdırmanın nəticəsində mineral suların siyahısı hazırlanır və bu sular arasından içilə bilən və ən faydalı su olaraq indiki İstisuyun mənbəsinin qazıntısı edilir. Beləliklə, 1976-cı ildə Azərbaycanın Kəlbəcər rayonunda “İstisu” mineral suyunun istehsalına başlanılıb. Qısa müddətdə həm Azərbaycanda həm də qonşu ölkələrdə rəğbət qazanıb. Təəssüf ki, 1993-2020-ci illərdəki işğal dövründə zavodun fəaliyyəti dayandırılıb. 26 iyun 2022-ci il tarixində Azərbaycan Prezidenti İlham Əliyev “İstisu” mineral su zavodunun təməlini qoyub. 2024-cü ildən “İstisu” mineral suyun yenidən istehsal edilməsinə başlanılıb.

Tarix
2024.09.30 / 13:55
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

İlham Əliyev fərman imzaladı

Qərbi Azərbaycana qayıdış... - Əliyev

Prezident Leonid Slutskini qəbul etdi

Fərid Səfərlini İrana çağıran qızla bağlı yeni detal

Milli Məclisin komitələri formalaşdırıldı

Paylanın Bakıya qarşı bu məqaləsi... - İcmadan reaksiya

Nəsrullahla birgə ölən Karaki Bakıya niyə gəlibmiş? – Şok

Vidadi İsgəndərlinin qardaşı danışdı: Bıçaqlanma oyundur?

Paşinyan Əliyevlə hansı məxfi müqaviləni imzalayıb? - İddia

Azərbaycanlı Makronun cangüdəninə 6 milyon rüşvət verib ki…

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla