Yuxarı

Vidadi İsgəndərlinin qardaşı danışdı: Bıçaqlanma oyundur?

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xəbər verdiyimiz kimi, Avropada yaşayan Vidadi İsgəndərli bıçaqlanıb və iddialara görə, vəziyyəti ağırdır.

Axar.az xəbər verir ki, hadisə ilə bağlı onun qardaşı Oqtay İsgəndərli Qənimət Zahidin müəllifi olduğu verilişə qatılıb və hadisənin təfərrüatını danışıb.

Musavat.com-un məlumatına görə, Oqtay İsgəndərli qardaşı ilə danışa bildiyini vurğulayıb:

“Həkimlər mənə onunla 1 dəqiqəlik görüşmək imkanı yaratdılar. Çünki reanimasiyada, narkozun təsiri altında idi. Dedi ki, səhər saat 7 radələrində 3 nəfər pəncərədən evinə daxil olub. Yataq otağında bir nəfər ona bıçaq çəkib, 2 nəfər də qapını bağlayıb. Özünün sözlərinə görə, həmin şəxs bıçaqla ona alın nahiyəsindən çoxlu zərbələr endirib. Zərbələrin çoxu qardaşımın əlinə dəyib. Bıçağı vuran şəxs cüssəli olmadığı üçün qardaşım onu itələyib yerə yıxıb. Daha sonra polisi çağırıb və içəri girən şəxslər qorxub qaçıblar. Onlar maskalı olub və heç bir dildə danışmayıblar. Buna görə də kimlikləri və hansı millətdən olduqları bilməyib”.

Maraqlıdır ki, Oqtay İsgəndərlinin açıqlaması ziddiyyətlərlə doludur:

1. Əgər reanimasiyada, narkozun altındadırsa, o, qardaşı ilə necə danışa bilib?

2. Niyə bir nəfər hücum edir, iki nəfər isə qapını bağlayır? hücum edən bir nəfər “cüssəli deyilsə” və V.İsgəndərli onu itələyəcək gücdədirsə, qapını bağlayanlar “davaya” tamaşa etməyə gəliblərmiş?

3. V.İsgəndərli bu bıçaqlanma içində necə polisə zəng edə bilib? 3 nəfər durub gözləyib ki, V.İsgəndərli polisə zəng etsin və onlar da yalnız bundan sonra “qorxub” qaçsınlar?

4. V.İsgəndərlinin reanimasiyada, ağır vəziyyətdə olduğu haqda məlumat yayılıb. Qardaşı isə onunla görüşür, V.İsgəndərli hadisə haqda təfərrüatlı məlumat verə bilir. Demək, V.İsgəndərli heç də ağır vəziyyətdə deyil.

Buna görə də hadisənin “təfərrüatı” şübhə doğurur - əgər doğrudan da belə bir hadisə baş veribsə və V.İsgəndərli “bıçaqlanıbsa”...

Tarix
2024.09.30 / 11:35
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

İlham Əliyev fərman imzaladı

Qərbi Azərbaycana qayıdış... - Əliyev

Prezident Leonid Slutskini qəbul etdi

Fərid Səfərlini İrana çağıran qızla bağlı yeni detal

Milli Məclisin komitələri formalaşdırıldı

Paylanın Bakıya qarşı bu məqaləsi... - İcmadan reaksiya

Nəsrullahla birgə ölən Karaki Bakıya niyə gəlibmiş? – Şok

Paşinyan Əliyevlə hansı məxfi müqaviləni imzalayıb? - İddia

Azərbaycanlı Makronun cangüdəninə 6 milyon rüşvət verib ki…

Türkiyə bu qitədə güclənir: Xaricdəki ən böyük bazası…

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla