Yuxarı

Biz artıq su qıtlığı ilə üzləşməkdəyik - Nazir müavini

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan qlobal iqtisadiyyatın bir hissəsidir.

Axar.az APA-ya istinadla xəbər verir ki, bunu Bakı İqlim Fəaliyyəti Həftəsinin (BİFH) açılış günü çərçivəsində “İqlim İmperativi – Yerli Fəaliyyətdən Qlobal Fəaliyyətə” panelində çıxışı zamanı Azərbaycanın iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev deyib.

O bildirib ki, əslində qeyri-neft sektorunda kənd təsərrüfatı mühüm rol oynayır:

“Keçən il bizdə quraqlıq oldu. Bu bizim landşaft üzrə yeni bir hadisə idi və kənd təsərrüfatının inkişafına mane yaradır. Biz yarımquraqlıq landşafta uyğun gələn məhsullar yetişdirməyi düşünürük. Daşqınların 70%-i bizə kənardan gəlir. Biz artıq ölkədə su qıtlığı ilə üzləşməkdəyik”.

O qeyd edib ki, digər problem turizm sahəsi ilə bağlıdır:

“Azərbaycanda xizək kurortları var. Lakin son illər ərzində buzlaqların əriməsi nəticəsində bu yerlərə gələn turistlərin sayında azalma müşahidə edirik”.

Elnur Əliyev Xəzər dənizinin səviyyəsinin aşağı düşməsinin Şərq-Qərb dəhlizi ilə bağlı narahatlıq yaratdığını qeyd edib: “Bu marşrut üzərində olan ölkələr bu infrastruktura vəsait ayırmağa məcbur qalırlar”.

Tarix
2024.09.30 / 14:26
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

İlham Əliyev fərman imzaladı

Qərbi Azərbaycana qayıdış... - Əliyev

Prezident Leonid Slutskini qəbul etdi

Fərid Səfərlini İrana çağıran qızla bağlı yeni detal

Milli Məclisin komitələri formalaşdırıldı

Paylanın Bakıya qarşı bu məqaləsi... - İcmadan reaksiya

Nəsrullahla birgə ölən Karaki Bakıya niyə gəlibmiş? – Şok

Vidadi İsgəndərlinin qardaşı danışdı: Bıçaqlanma oyundur?

Paşinyan Əliyevlə hansı məxfi müqaviləni imzalayıb? - İddia

Azərbaycanlı Makronun cangüdəninə 6 milyon rüşvət verib ki…

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla