Yuxarı

Fazil Mustafa onun ömürlük həbsini istədi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fazil Mustafa cinayətində təqsirli bilinən dəstə üzvlərinin apellyasiya şikayətləri üzrə baxış başlayıb.

Axar.az Teleqraf.com-a istinadən xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində keçirilən ilk iclasda hakimlər müttəhimlərin anket məlumatları ilə tanış olublar. Onlara hüquq və vəzifələri izah edilib.

Zərərçəkmiş millət vəkili Fazil Mustafa da hökmdən şikayət verib. Fazil Mustafa onu güllələyən Səbuhi Şirinova verilmiş 20 il azadlıqdan məhrumetmə cəzasından narazıdır. O, Şirinovun ömürlük məhkum edilməsini istəyir. Bu instansiyada da deputatı nümayəndəsi Əjdər Əhmədov təmsil edir.

Təqsirləndirilən şəxslər isə birinci instansiya məhkəməsinin hökmü ilə razılaşmırlar. Onlar şikayət ərizələrində hökmün dəyişdirilməsini xahiş ediblər.

Tərəflərdən bəzilərinin vəkilləri məhkəmədə iştirak etməyib. Bu səbəbdən ilkin baxış iclasının davamı oktyabrın 7-nə təyin edilib.

Qeyd edək ki, cinayət ötən ilin martında baş verib. Həmin vaxt da millət vəkili olan Fazil Mustafa odlu silahdan açılan atəşdən xəsarət alıb.

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) hadisəni terror aktı adlandırıb. Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşlarının birgə keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisədə şübhəli bilinən 5 nəfər tutularaq istintaqa təhvil verilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Azər Səricanov ömürlük, Səbuhi Şirinov 20 il, Rəşad Əhmədov 19 il, Elşad Əsgərov 18 il, Emin Əliyarov isə 4 il müddətinə azadlıqdan məhrum ediliblər.

Tarix
2024.09.30 / 15:50
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Prezident Leonid Slutskini qəbul etdi

FHN-də müşavirə keçirildi - Foto

Azərbaycan bu ölkəyə başsağlığı verdi

İlham Əliyev fərman imzaladı

Qərbi Azərbaycana qayıdış... - Əliyev

Fərid Səfərlini İrana çağıran qızla bağlı yeni detal

Milli Məclisin komitələri formalaşdırıldı

Paylanın Bakıya qarşı bu məqaləsi... - İcmadan reaksiya

Nəsrullahla birgə ölən Karaki Bakıya niyə gəlibmiş? – Şok

Vidadi İsgəndərlinin qardaşı danışdı: Bıçaqlanma oyundur?

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla