Yuxarı

Nazir rəssamlar ittifaqlarının təmsilçiləri ilə görüşdü - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sentyabrın 30-da Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyində Özbəkistan, Tacikistan, Qazaxıstan, Gürcüstan, Macarıstan rəssamlar ittifaqlarının təmsilçiləri və Ankara Rəsm və Heykəl Muzeyinin direktorundan ibarət heyətlə görüş keçirilib.

Axar.az xəbər verir ki, qonaqlar 28 sentyabr – 1 oktyabr tarixlərində Bakıda keçirilən növbəti "Xəzər" Biennalesi çərçivəsində ölkəmizə səfər ediblər.

Qonaqları salamlayan mədəniyyət naziri Adil Kərimli “Xəzər” Biennalesi platformasının əhəmiyyətini qeyd edib. Bildirib ki, ənənəvi layihə çərçivəsində Xəzəryanı və digər ölkələrdən rəssamlar, kuratorlar və ekspertlərin bir araya gəlməsi diqqətəlayiq hadisədir. Biennale ölkələrimiz arasında təsviri sənət sahəsində əlaqələrin genişlənməsinə öz töhfəsini verir, təcrübə mübadiləsinə münbit şərait yaradır.

Çıxış edən qonaqlar da biennalenin mədəni mübadilənin dərinləşməsində rolunu vurğulayıb, ortaq sərgilərin keçirilməsinin faydalı olacağını bildiriblər.

Görüşdə “Xəzər” Biennalesinin əhatə dairəsinin ildən-ilə genişlənməsindən məmnunluq ifadə olunub.

Tarix
2024.09.30 / 17:44
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Finlandiya prezidenti Bakıya gəlir

YAP-da bu sədrlər işdən çıxarıldılar

Heydər Əliyevin ən böyük vəsiyyəti həyata keçdi - Slutski

Prezidentdən Slutskiyə: Qarabağa səfər etdiyinizə görə...

Prezident Leonid Slutskini qəbul etdi

FHN-də müşavirə keçirildi - Foto

Azərbaycan bu ölkəyə başsağlığı verdi

İlham Əliyev fərman imzaladı

Qərbi Azərbaycana qayıdış... - Əliyev

Fərid Səfərlini İrana çağıran qızla bağlı yeni detal

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla