Yuxarı

Bakıda mənzillər kəskin bahalaşdı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu ilin avqust ayında Bakıda mənzillərin orta qiyməti iyul ayı ilə müqayisədə 2% artıb.

Axar.az xəbər verir ki, bunu Report-a açıqlamasında "Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti" İctimai Birliyinin sədri Vüqar Oruc bildirib.

Onun sözlərinə görə, ötən ilin eyni dövrünə nisbətən paytaxtda mənzillər 14% bahalaşıb.

"Bakının təkrar mənzil bazarında yeni tikililərdəki mənzillərin 1 kvadrat metrinin qiyməti ay ərzində 2,3%, il ərzində 14,9%, köhnə tikililərdəki mənzillərin 1 kvadrat metrinin qiyməti isə ay ərzində 1,7%, il ərzində 11,3% artım nümayiş etdirib. Bazarda təklif ay ərzində 1%, il ərzində isə 18,4% artıb.

Ötən ay ilkin mənzil bazarında mənzillərin 1 kvadrat metrinin qiymətində əvvəlki ayla müqayisədə 1,9%, ötən ilin eyni dövrünə nisbətən isə 15,7% artım olub. Bazarda təklif ay ərzində 1,3%, il ərzində isə 17,5% artıb", - deyə ekspert qeyd edib.

Bundan başqa, V.Oruc deyib ki, avqustda kirayəyə verilən mənzillərin 1 kvadrat metrinin qiyməti iyulla müqayisədə 4%, ötən ilin eyni dövrünə nisbətən isə 11,5% artım nümayiş etdirib. Bazarda təklif ay ərzində 1%, il ərzində isə 14,6% artıb.

Tarix
2024.09.30 / 18:38
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Dumanın fraksiya rəhbəri: Qarabağ Azərbaycandır!

Finlandiya prezidenti Bakıya gəlir

YAP-da bu sədrlər işdən çıxarıldılar

Heydər Əliyevin ən böyük vəsiyyəti həyata keçdi - Slutski

Prezidentdən Slutskiyə: Qarabağa səfər etdiyinizə görə...

Prezident Leonid Slutskini qəbul etdi

FHN-də müşavirə keçirildi - Foto

Azərbaycan bu ölkəyə başsağlığı verdi

İlham Əliyev fərman imzaladı

Qərbi Azərbaycana qayıdış... - Əliyev

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla