Yuxarı

Sabah yağış yağacaq, dolu düşəcək

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Oktyabrın ilk günündə Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Bu barədə Axar.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Qeyd edilib ki, gecəyə doğru bəzi şəhərətrafı ərazilərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 11-16° isti, gündüz 23-26° isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunundan 755 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 60-70 %, gündüz 50-55 % olacaq.

Azərbaycanın rayonlarında hava şəraiti, əsasən yağmursuz keçəcək, lakin gündüz əsasən dağlıq və dağətəyi rayonlarda fasilələrlə yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gecə və səhər bəzi yerlərdə arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 9-14° isti, gündüz 22-27° isti, dağlarda gecə 3-8° isti, gündüz 10-15° isti olacaq.

Tarix
2024.09.30 / 13:38
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

İlham Əliyev fərman imzaladı

Qərbi Azərbaycana qayıdış... - Əliyev

Prezident Leonid Slutskini qəbul etdi

Fərid Səfərlini İrana çağıran qızla bağlı yeni detal

Milli Məclisin komitələri formalaşdırıldı

Paylanın Bakıya qarşı bu məqaləsi... - İcmadan reaksiya

Nəsrullahla birgə ölən Karaki Bakıya niyə gəlibmiş? – Şok

Vidadi İsgəndərlinin qardaşı danışdı: Bıçaqlanma oyundur?

Paşinyan Əliyevlə hansı məxfi müqaviləni imzalayıb? - İddia

Azərbaycanlı Makronun cangüdəninə 6 milyon rüşvət verib ki…

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla