Yuxarı

Bakı-Qazax yolu təmir olunur - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakı-Qazax yolu təmir olunur - Video

Payız-qış mövsümündən sonra respublika avtomobil yollarında asfalt-beton örtüyünün deformasiyaya uğramış və dağılmış hissələrinin bərpası istiqamətində aparılan işlər çərçivəsində Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 68-80-ci kilometrlik hissəsində də təmir işləri həyata keçirilir.

Azəravtoyol ASC-dən Axar.az-a verilən məlumata görə, təmir-bərpa işləri sözügedən ərazidə hər iki istiqamət üzrə aparılır.

Avtomobil yolunun 68-80-ci kilometrlik hissəsində asfalt-beton örtüyünün qabarmış və dağılmış hissələri frez maşınları vasitəsi ilə qaşınaraq kənara daşınır. Təmizlənmiş hissələrə isə yeni asfalt-beton örtüyü döşənir. Ümumilikdə 22 min m2 ərazinin asfaltlanması işləri aparılır.

Təmir işlərinin vaxtında yekunlaşdırılması üçün əraziyə lazımi sayda qüvvə cəlb olunub.

Tarix
2016.04.13 / 16:39
Müəllif
İlham Sahiloğlu
Digər xəbərlər

İlham Əliyev Çan Tan Man ilə görüşdü - Foto

Kestutis Budris Azərbaycana gəlir

İlham Əliyev Le Minh Hunq ilə görüşdü

İlham Əliyev Ho Şi Minin məqbərəsini ziyarət etdi - Foto

Prezident Hanoyda “İnqilab şəhidləri” abidəsini ziyarət etdi - Foto

Qarakənd faciəsindən 35 il ötür

Ağdamın azad olunmasından 6 il ötür

Bakı bundan bir neçə gün sonra imza atacaq... - Simonyan

Vyetnam mediası İlham Əliyevin səfərindən yazır

Tramp, Putin və Sinin razılaşdığı 4 bəndin “sirri”

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla