Yuxarı

İlin son Günəş tutulması başladı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün 2024-cü ilin son Günəş tutulması başlayıb.

Bu barədə Axar.az-a Elm və Təhsil Nazirliyi N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından bildirilib.

Günəş tutulması Bakı vaxtı ilə saat 19:42 başlayıb və saat 01:47-də bitəcək. Tutulmanın maksimumu saat 22:45-ə uyğun gəlir. Maksimal tutulma 7 dəqiqə 24 saniyə davam edəcək.

Bu tutulma halqalı Günəş tutulmasıdır. Halqalı tutulma Ay apogeydə (Yerdən maksimum uzaqlıqda) və yaxın nöqtələrdə olduğu zaman baş verir. Bu zaman Ay diskinin görünən ölçüsü kiçildiyi üçün Günəşi tam örtə bilmir və Ay diskinin kənarında nazik işıqlı halqa qalır.

Tutulma hadisəsi əsasən Sakit okeana düşsə də, ümumilikdə Cənubi Amerika, Şimali Amerikanın cənubu, Atlantik okeanı və Antarktidanı əhatə edir. Halqalı tutulmanı isə Çili və Argentinadan müşahidə etmək mümkündür.

Qeyd edək ki, tutulma hadisəsi Azərbaycandan müşahidə olunmur.

Tarix
2024.10.02 / 19:51
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

BMT Baş katibinin birinci müavini Bakıya gəlir

Pezeşkian İsrailə hücumdan xəbərsiz olub? – SEPAH xətt çəkdi!

Baş prokurordan Firad Əliyevlə bağlı əmr

70 yaşı keçən icra başçıları - Siyahı

Bu ölkə ilə əməkdaşlıq üçün böyük perspektivlər var - Mustafayev

Mirzoyan forumda yalan fikirlər səsləndirib - XİN

Heyvanların mühafizəsi ilə bağlı qanuna dəyişiklik edilir

Azərbaycanla Pakistan arasında Ticarət Sazişinə baxılacaq

Bunu açıqlamağımız Bakı üçün düzgün olmaz – Paşinyan

Bakıda itkin düşmüş şəxslərlə bağlı bəyanat qəbul olundu

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla