Yuxarı

Bu marşrutun ləğvi problem yaratdı - Açıqlama

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu marşrutun ləğvi problem yaratdı - Açıqlama

Aprelin 11-dən etibarən Bakının N.Nərimanov metrostansiyasından 7-ci mkr. S.S.Axundov küçəsi istiqamətində hərəkət edən 10 nömrəli sərnişin avtobusu xətdən çıxarılandan sonra problemlər yaranıb.

Axar.az xəbər verir ki, sözügedən marşrut xəttini qismən Baku Bus MMC-yə məxsus 3 nömrəli avtobus əvəz edir.

3 nömrəli avtobus "Dərnəgül" və "Gənclik" metrostansiyalarından keçməklə Şəhidlər Xiyabanı istiqamətində gedir. Nəticədə əvvəllər 10 nömrəli marşrutdan istifadə edərək N.Nərimanov metrostansiyasından Dərnəgül istiqamətində gedən sərnişinlər iki marşrut dəyişmək məcburiyyətində qalırlar. Bu isə əlavə xərc və vaxt itkisi deməkdir.

Bəs 3 nömrəli marşrut xəttinin hərəkət istiqamətinin N.Nərimanov metrostansiyasına qədər uzadılması planlaşdırılırmı?

Məsələ ilə bağlı Baku Bus MMC ilə əlaqə saxladıq. Şirkətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Nuridə Allahyarova 3 nömrəli marşrutun N.Nərimanov metrostansiyasına qədər uzadılması ilə bağlı təklifin olmadığını deyib:

"Bizim marşrut xətlərinin istiqaməti Baku Bus MMC tərəfindən həyata keçirilmir. Müvafiq qurumlar bununla bağlı bizə təklif edir və biz o istiqamətdə hərəkət edirik. 3 nömrəli marşrut xəttinin N.Nərimanov metrostansiyasına qədər uzadılması ilə bağlı hələlik bizə təklif gəlməyib. Bununla bağlı yenilik gözlənilmir".

Şöbə rəhbəri həmçinin, avtobusların üzərinə yaxın gələcəkdə istiqaməti göstərməsi üçün elektron lövhələrin qoyulacağını da bildirib:

"Avtobusun gedəcəyi istiqamət daxildəki monitorlarda göstərilir. Lakin avtobusların üzərində yaxın gələcəkdə müasir elektron lövhələrin olması da nəzərdə tutulub. Biz bunu gələcək üçün düşünmüşük".

Qeyd edək ki, Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının qarşısındakı dayanacaqdan istifadə edən sərnişinlər 3 nömrəli marşrut xəttinin "Elmlər Akademiyası metrostansiyası", yoxsa Dərnəgül istiqamətində getməsi ilə bağlı çətinliklə üzləşirlər. Bu səbəbdən sərnişinlər hər dəfə sürücülərdən istiqaməti soruşmaq məcburiyyətində qalır.

Tarix
2016.04.15 / 13:04
Müəllif
İlham Sahiloğlu
Digər xəbərlər

İrəvanda mitinqdə azərbaycanca səs yazısı - Video

İrəvan bu dəyişiklikləri etməsə... - Dəmirtürk

Bu türk ölkəsi ilə hərbi əməkdaşlıq müzakirə edildi - MN

Argentina səfiri ADU-nun qonağı oldu

Azərbaycanlı gəncin hesabında 22 milyard dollar...

Nazirlər Kabinetindən mühüm qərar

Saakaşvilidən ermənilərə müraciət: Ona səs verin!

AB və Azərbaycan bu sənədin layihəsini razılaşdırdı - XİN

Deputat Bakı Enerji Həftəsinin əhəmiyyətindən danışdı

Türkiyədə ermənilərlə görüş: Bakı ilə münasibətləri sarsıtmaq...

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla