Yuxarı

İTV “18+” verilişə görə cərimələndi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Audiovizual media sahəsində tənzimləməni və qüvvədə olan normativ hüquqi aktlara əməl edilməsinə nəzarətin həyata keçirilməsi məqsədilə Şura tərəfindən audiovizual yayımçıların proqramlarının monitorinqləri aparılır. 2024-cü ilin 9 ayı ərzində aparılan monitorinqlərin nəticəsi olaraq, televiziya və radio kanallarının efirində 9 ciddi pozuntu faktı aşkarlanıb.

Axar.az xəbər verir ki, bu barədə Audiovizual Şura məlumat yayıb.

Bildirilib ki, həmin faktlara görə yayımçılara 1 ümumi açıqlama ilə tövsiyə-xəbərdarlıq (elektron siqaret reklamları ilə bağlı bütün yayımçılara), 1 rəsmi xəbərdarlıq (erkən nikahın təbliğinə görə Baku TV-yə) olunmuş, 4 yayımçının proqramlarının yayımı müvəqqəti dayandırılan (ayrıseçkiliyin təbliğinə görə MTV 8 saat, müəllif hüquqlarını pozduğuna görə ATV, ARB və “ARB Günəş” hərəsi 3 saatlıq), 3 yayımçıya qarşı protokol (Səhiyyə TV-də reklamda müvafiq lisenziya məlumatlarının verilməməsinə görə 2 protokol, İTV-də “18+” kateqoriyalı məzmunun 6.00-23.00 aralığında verilməsinə görə 1 protokol) tərtib olunaraq məhkəməyə göndərilib.

Bundan başqa, texniki xəta səbəbindən yaranmış pozuntular da olub ki, bura səhər efirində Dövlət Himninin səsləndirilməməsi (5 fakt), reklam yayımı ilə bağlı (62 fakt), sponsorluqla bağlı (38 fakt), dövlət dili ilə bağlı (3 fakt), məhkəmə qərarı olmadan hər hansı şəxsin günahkar adlandırılması ilə bağlı (2 fakt), hüzn gunu ilə bağlı (4 fakt) texniki pozuntular daxildir. Belə pozuntular qeydə alınan kimi həmin yayımçılara bildirişlər göndərilib və xətanın aradan qaldırılması təmin olunub.

Tarix
2024.10.08 / 15:21
Müəllif
Axar.az
Digər xəbərlər

MDB Dövlət Başçıları Şurasının iclası: Əliyev çıxış etdi

Hacıyev Rudenko ilə bu məsələləri müzakirə etdi

Putin Laçın şəhəri ilə bağlı mühüm xəbəri elan etdi

Putinin Əliyev və Paşinyanla Zəngəzur müzakirəsi... - Kreml

Ermənistan Azərbaycanla sərhəddə elə bir bayraq qaldırdı ki... - Video

Odessada həbs edilən gəmidəki azərbaycanlılar ölkəyə gətirildi

Turan xəritəsi yaradılır - Rusiya təşvişə düşdü

Əliyevlə Putinin görüşü oldu - Foto

Putin Paşinyanı bu tədbirə çağırdı: Gözləyirəm...

Rusiya: Sanksiyaları ləğv edin, müharibəni dayandıraq - Təcili

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla