Yuxarı

Bakıda əməliyyat: 40 əcnəbi saxlanıldı - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sentyabr ayı ərzində Bakı şəhərində qanunsuz yaşayan 40 əcnəbi polis əməkdaşları tərəfindən saxlanılıb.

Axar.az xəbər verir ki, bu barədə DİN-dən bildirilib.

Məlumata görə, 2024-cü ilin sentyabr ayı ərzində Daxili İşlər Nazirliyinin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin Qanunsuz Miqrasiyaya Qarşı Mübarizə İdarəsinin paytaxtın ərazi polis orqanlarının əməkdaşları ilə birgə Bakı şəhərində keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Azərbaycan Respublikasının ərazisində olma və ya yaşama hüququ verən sənədlər olmadan, habelə qeydiyyatsız yaşayan, bir yerdən başqa yerə getdikdə olduğu yer və yaşayış yeri üzrə qeydiyyat qaydalarına əməl etməyən, Azərbaycan Respublikasında olma və ya yaşama müddəti qurtardıqdan sonra getməkdən boyun qaçıran 40 nəfər əcnəbi vətəndaş saxlanılıb. Həmin şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən inzibati xəta protokolu tərtib olunub və aidiyyəti üzrə təhvil veriliblər.

Qeyd edilib ki, cari ilin əvvəlindən bu günə kimi Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin Qanunsuz Miqrasiyaya Qarşı Mübarizə İdarəsi və respublikanın ərazi polis orqanlarının əməkdaşları ilə birgə keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində ümumilikdə 413 nəfər əcnəbi vətəndaş müəyyən edilərək barələrində müvafiq tədbirlər görülüb.

Tarix
2024.10.08 / 15:40
Müəllif
Axar.az
Digər xəbərlər

MDB Dövlət Başçıları Şurasının iclası: Əliyev çıxış etdi

Hacıyev Rudenko ilə bu məsələləri müzakirə etdi

Putin Laçın şəhəri ilə bağlı mühüm xəbəri elan etdi

Putinin Əliyev və Paşinyanla Zəngəzur müzakirəsi... - Kreml

Ermənistan Azərbaycanla sərhəddə elə bir bayraq qaldırdı ki... - Video

Odessada həbs edilən gəmidəki azərbaycanlılar ölkəyə gətirildi

Turan xəritəsi yaradılır - Rusiya təşvişə düşdü

Əliyevlə Putinin görüşü oldu - Foto

Putin Paşinyanı bu tədbirə çağırdı: Gözləyirəm...

Rusiya: Sanksiyaları ləğv edin, müharibəni dayandıraq - Təcili

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla