Yuxarı

Kadırov Kərimov və Qurbanova qan davası elan etdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Kadırov Kərimov və Qurbanova qan davası elan etdi

Çeçenistan lideri Ramzan Kadırov Dağıstandan olan senator və milyarder Süleyman Kərimov, həmçinin Dövlət Dumasının iki deputatı – Bekxan Baraxoyev və Rizvan Qurbanovu qan davası ilə hədələyib.

Axar.az Globalinfo.az-a istinadən xəbər verir ki, Kadırov bu barədə respublikanın təhlükəsizlik blokunun nümayəndələri ilə keçirilən görüşdə bildirib.

“Buna səbəb sentyabrın 18-də Moskvada “Wildberries” ofisi yaxınlığında baş verən hadisələr olub. Bir qrup şəxsə sifariş veriblər ki, mənə sui-qəsd hazırlasınlar. Bununla bağlı şahidlər də var. Əgər əksini sübut etməsələr, Baraxoyev, Süleyman Kərimov, Rizvan Qurbanova rəsmən qan davası elan edirəm”, – o məlumat verib.

Qeyd edək ki, Süleyman Kərimov Rusiyanın ən varlı iş adamlarından biridir. 2019-cu ildə onun sərvəti 6,3 milyard dollar olub.

Bekhan Baraxoyev – sahibkar, Dövlət Dumasının İnquşetiyadan olan deputatıdır.

Rizvan Qurbanov – Dağıstan əsilli siyasətçi, Dövlət Dumasının Başqırdıstandan olan deputatıdır.

Tarix
2024.10.10 / 21:36
Müəllif
Axar.az
Digər xəbərlər

Dövlət Baxçalı Azərbaycana dəvət olundu

Ona vaxtından əvvəl polkovnik-leytenant rütbəsi verildi

Ramiz Mehdiyevin kitabları kitabxanalardan yığışdırılır

İranın zərbə endirəcəyi ölkələrin siyahısı yayıldı

Kəmaləddin Heydərov polkovniki işdən azad etdi

Sinirlioğlunun BMT baş katibi vəzifəsinə namizədliyi... - XİN

İranın Azərbaycana müdaxiləsinə qarşı - Güneylilərin bəyanatı

Azərbaycanla aramıza kimlər girir? - AA-nın baş direktoru

Əliyev Ankaraya gəlmək istəsə, sizə soracaq? - Cümhur İttifaqı

Zakir Həsənov Gülərə başsağlığı verdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla