Yuxarı

COP ərəfəsində Bakıya hücumlara hazır olmalıyıq - PA

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənilər, ermənipərəst, Azərbaycanı gözü götürməyən qüvvələr məqsədli şəkildə ölkəmizə qarşı sosial şəbəkələrdə dezinformasiyalar yayır.

Axar.az Report-a istinadla xəbər verir ki, bunu Prezident Administrasiyasının sektor müdiri Elmir Vəlizadə "Müasir mediada yeni trendlər: informasiya təhlükəsizliyi və peşəkarlıq meyarları" mövzusunda keçirilən konfransda deyib.

Onun sözlərinə görə, bu gün texnologiyanın inkişafı ilə hər şeyi informasiya həll edir:

"Artıq informasiyanın əldə edilməsi, yayılması çox rahatdır. Lakin yayılan məlumatların çoxu da dezinformasiya olur. Cəmiyyəti dezinformasiyadan qorumaq lazımdır. Vətən müharibəsindən sonra ermənilər, ermənipərəst, Azərbaycanı gözü götürməyən qüvvələr məqsədli şəkildə sosial şəbəkələrdə dezinformasiyalar yayır. Bu ilin noybarında Bakıda keçiriləcək COP29 kimi böyük konfransın Azərbaycanda keçirilməsi ilə bağlı da müxtəlif platformalarda dezinformasiyalar yayılır".

O qeyd edib ki, yerli medianın daha da inkişaf etdirilməsi, milli maraqların qorunması, Azərbaycana qarşı dezinformasiyaların qarşısını almaq üçün səylər birləşdirilməlidir: "Daha mütəşəkkil və səviyyəli cavablar verilməlidir. Xüsusilə, COP29 ərəfəsində və ya konfrans bitdikdən sonra bizə qarşı bu kimi hücumlara hazır olmalıyıq".

Tarix
2024.10.11 / 11:30
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanın MDB məkanında nüfuzu artır - Deputat

İrəvanı qorxuda: Türkiyə Ermənistana qoşun yeridəcək...

Prokurorun Əhmədlə bağlı açıqlamasında sensasion detal

Corciya Meloni Azərbaycana gələcək

Əhməd niyə ömürlük həbsə deyil, müalicəyə göndərildi?

“Nar” sərfəli smartfon modellərini təqdim edir

Ölkəmizdə süni yağış texnologiyası tətbiq ediləcək

Ermənistanın Gəncədə törətdiyi 4-cü terrordan 4 il ötür

İran hədələdi: Bu halda Ermənistana zərbə endirəcəyik – Təcili

Bakıda Pre-COP29 başladı

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla