Yuxarı

Nazir xaricdə təhsildən danışdı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xaricdə təhsili üzrə birinci Dövlət Proqramında (2007-2015) 3500-dən artıq tələbə, magistr və doktorant bu proqram üzrə təhsil almaq hüququ əldə ediblər, 1500 çox tələbə bu gün də təhsillərini davam etdirirlər.

Publika.az xəbər verir ki, bunu Təhsil naziri Mikayıl Cabbarov blogger Vyaçeslav Sapunova müsahibəsində xaricdə təhsillə bağlı suala cavab verərkən belə deyib:

"Həmkarlarımla hökumətdə müzakirələrin gedişatında gənclərin xaricdə təhsili üzrə birinci Dövlət Proqramının (2007-2015) həyata keçirilməsindən sonra toplanmış təcrübənin öyrənilməsi məqsədilə birillik fasilənin götürülməsinə dair qərar qəbul edilib. Əvvəlcədən bildirdiyimiz kimi, ikinci proqramın fokusu xaricə tələbə göndərilməsindən yerli ali təhsil müəssisələrinin elmi-pedaqoji potensialının möhkəmləndirilməsinə yönəldiləcək. Bunun üçün universitetlərimizdə dərs demək üçün qabaqcıl əcnəbi mütəxəssisləri dəvət etməyi planlaşdırırıq. Xaricdə təhsil almağa göndəriləcək tələbələr üçün (ilk növbədə magistr və doktorantlar) say kvotasının tətbiqi təklif olunur. Ali məktəblər də öz növbəsində xarici mütəxəssislərin cəlb edilməsindən daha çox fayda götürəcəyimiz istiqamətlər üzrə təkliflər təqdim edəcəklər. Bu iş sosial-iqtisadi inkişafın prioritet və tələblərinə, yeni iqtisadi şəraitdə milli iqtisadiyyatın qabaqcıl sahələri üzrə mütəxəsislər hazırlayan təhsil sahələrinə bilavasitə istinad olunmaqla koordinasiya ediləcək. Təbii ki, bu onların bizə müraciətləri əsasında baş verəcək".

Nazir bildirib ki, bu məsələlərin tam öyrənilməsi təxminən bir akademik ili əhatə edəcək.

"Ona görə də biz bu il qabaqcıl ali məktəblərimizə daha yüksək müsabiqə ilə qəbul gözləyirik. Həmçinin, ali təhsilini ingilis dilində almağa üstünlük verən abituriyentlər üçün qəbul imtahanlarını SAT formatında vermək imkanı olacaq. Bu imkan əvvəllər yalnız ADA Universitetinə qəbul olan tələbələr üçün mümkün idi. Nəticələr ürəkaçan olduğundan biz bu müsbət təcrübəni tədris proqramı ingilis dilində olan digər ali təhsil məktəblərinə də şamil etməyi planlaşdırırıq. Bu, təbii ki, onların bizə müraciətləri əsasında baş verəcək".

Tarix
2016.04.18 / 10:55
Müəllif
Axar.az
Digər xəbərlər

57 ölkənin sərt bəyanatı günü Təl-Əviv hücuma keçdi

Putinin masasındakı “gizli qovluq”da nələr var? - Şok faktlar

Ermənilər Göyçədən gedir: Qərbi Zəngəzurda nə baş verir?

Trampın tələbi: AB kimi seçəcək? - "Le Monde"

Azərbaycan müdafiə xərclərini artırır - MN

Xəzər dənizi ilə bağlı kritik görüş

Hava limanından Əhmədliyə London taksisinin qiyməti şok etdi

Ağalarovun restoranında toy edən məmur işdən çıxarıldı

Bayramov özbəkistanlı həmkarı ilə görüşdü

Xəzərin Azərbaycan hissəsində tornado təkrarlana bilər?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla