Yuxarı

Deyirlər ki, bu başçı Qarabağın torpaqlarını satır...

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xocalıya köçən ailələrə 1 metr torpaq da icarəyə verilmir. Qarabağda torpaq icarəyə verilənlər arasında bir qarabağlı belə yoxdur. Adam var, Xocalıda nar bağını icarəyə götürüb. Ora niyə Xocalıdan olana verilməyib? Belə problemlər var. Bununla ciddi məşğul olmaq lazımdır. Bu torpaqlar yerli camaata icarəyə verilmir.

Axar.az APA-a istinadla xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Aqil Abbas “Torpaq icarəsi haqqında” qanuna dəyişiklik edilməsi barədə məsələnin müzakirəsi zamanı deyib.

Deputat bildirib ki, Qarabağa köçənlərə heyvan saxlamağa 1 metr də torpaq verilmir:

“Torpaqlar kiminsə monopoliyası üçün işğaldan azad edilməyib. Ali Baş Komandan torpağı işğaldan azad etdi. Köçənlərə bu torpağı verin də!

Camaat deyir ki, Füzulinin icra başçısı azad olunmuş ərazilərdəki torpaqları satır. Halbuki onu heç o torpağa buraxmırlar, nətər satır? Böyük tikinti-quruculuq işləri gedir, adamın ürəyi açılır. Amma torpaqlar yerli camaata icarəyə verilmir. Təəssüf edirəm”.

Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli isə bildirib ki, bu qanun layihəsi işğaldan azad edilmiş ərazilərə köçən insanlar üçün torpaq icarəsində yeni mütərəqqi şərait yaradır.

Tarix
2024.10.29 / 15:11
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanla sülh uğrunda mübarizə aparırıq - Qusev

Azərbaycanla sülh olacaq - Xaçatryan

Rəsmən bəyan edildi: Zəngəzur dəhlizi təhvil verilir

Azərbaycan və İran arasında gəmilərin hərəkəti bərpa olundu

Əlahiddə Ümumqoşun Orduda mərasim keçirildi - Video

Bakı və Tehran arasında vacib görüş

Azərbaycanla əlaqə qurulmursa, günah bizdədir - Pezeşkian

Kəlbəcərdə mina partlayışı: AzTV-nin əməkdaşı ifadə verdi

İlham Əliyev 2 fərman, 1 sərəncam imzaladı

Hacıyev Ukrayna səfiri ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla