Yuxarı

Məşhur prokurorun polkovnik qardaşı məsuliyyətə cəlb edildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Məşhur prokurorun polkovnik qardaşı məsuliyyətə cəlb edildi

Xətainin sabiq prokuroru Yusif İldırımzadənin qardaşı Rasim İldırım barəsində cinayət işi başlanılıb.

Axar.az Report-a istinadən xəbər verir ki, ona verilən ittihama görə, Rasim İldırım jurnalist, “Bakutime.az” saytının təsisçisi olan Zaur Mirzəzadə və Qoşqar Məmmədovla əlbir olaraq bir nəfər zərərçəkən şəxsə qarşı xüsusilə külli miqdarda dələduzluq etməkdə təqsirləndirilir.

Onlar barəsində Cinayət Məcəlləsinin 178.4-cü (dələduzluq, xüsusilə külli miqdarda törədildikdə) maddəsi ilə ittiham verilib.

İş üzrə aparılan ibtidai istintaq başa çatdırılıb və baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Fəxri Məmmədovun icraatında araşdırılacaq.

Qeyd edək ki, Rasim İldırım polis polkovnikidir, vaxtilə Nəqliyyatda Baş Polis İdarəsinin rəis müavini olub. Onun bir qardaşı da "Əmrah” Bankın təsisçisi Yunus İldırımzadədir.

Tarix
2024.11.02 / 10:20
Müəllif
Axar.az
Digər xəbərlər

Simonyan anklavlar haqqında danışdı

Akopyandan anklavlarla bağlı ağlasığmaz təklif

İlk dəfə azərbaycanlılar üçün bunu mən etmişəm - Saakaşvili

Azərbaycan XİN Pakistana başsağlığı verdi

Paşinyanın Azərbaycanla bağllı “hədəfi” - Plan

Ceyhun Bayramov Hakan Fidanla görüşdü

Azərbaycanın dövlət büdcəsinin gəlirləri artırıldı

Bakıdakı bu Zirvə görüşü mühüm mərhələdir - XİN

Azərbaycan Konsulluğunun önünə getmək xəyanətdir - Atay

Azərbaycanda bu kəndlərin adı dəyişdirildi - Rəsmi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla