Yuxarı

Xankəndi və Füzuli sakinlərinə sevindirici xəbər

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərpoçt MMC-yə məxsus “Postcargo” Qarabağ iqtisadi rayonuna beynəlxalq poçt bağlamalarının çatdırılmasına başlayıb.

MMC-dən Axar.az-a bildirilib ki, hazırda Xankəndi və Füzuli şəhərlərinə çatdırılma edən şirkət yaxın vaxtlarda əhatə dairəsini genişləndirərək Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının digər şəhər və yaşayış məntəqələrində də fəaliyyət göstərməyi planlaşdırır.

Qarabağda yaşayan vətəndaşlarımız www.postcargo.az saytı vasitəsilə Türkiyə, ABŞ və Almaniyanın onlayn alış-veriş platformalarından məhsulları sifariş edə bilərlər.

“Vətəndaşlardan çatdırılma məntəqələrini seçərkən Xankəndi Poçt Filialı üçün AZ2600, Füzuli şəhəri üzrə isə AZ1900 indeks kodlarını qeyd etmələri xahiş olunur”, - deyə məlumatda qeyd olunub.

Məlumat üçün bildirək ki, şirkət ölkə boyu fəaliyyət göstərən 1000-dən çox poçt şöbəsi ilə vətəndaşlara əlçatandır.

Tarix
2024.11.06 / 11:04
Müəllif
Axar.az
Digər xəbərlər

Əliyev Trampa məktubunda bunu xüsusi qeyd etdi

İlham Əliyev Trampı təbrik etdi

Ümid edirik ki, Azərbaycan bunu edəcək - Ərdoğan

TDT-nin yeni bayrağı qəbul edildi - Foto

Qalib gələn Trampın Azərbaycan açıqlaması İrəvanı qarışdırdı

Dünya liderləri Trampı belə təbrik edir

Əliyev strategiyasını gördünüzmü? İndi gəlin sülhə...

Əliyev Bişkekdə mühüm tədbirdə çıxış etdi - Foto

Tramp gəldi, ermənilər şokdadır: Bakının şərti ilə olacaq!

Ərdoğandan ortaq əlifba açıqlaması

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla