Yuxarı

Dünya ulduzu Ermənistanı necə aldatdı? - 6 milyon dollar...

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Dünya ulduzu Ermənistanı necə aldatdı? - 6 milyon dollar...

Dünyaca məşhur amerikalı reper Snop Doggun Ermənistanda keçirilməsi planlaşdırılan konserti artıq bir ildən çoxdur baş tutmur.

Kult.az Globalinfo.az-a istinadla xəbər verir ki, 2023-cü ilin sentyabrın 23-də keçirilməsi nəzərdə tutulan konsert üçün reperə Ermənistan dövlət büdcəsindən 6 milyon dollar ödənilib.

Lakin həmin il sentyabrın 19-20-də Azərbaycan Silahlı Qüvvələrinin Qarabağda keçirdiyi antiterror əməliyyatları səbəbindən “erməni xalqı yasdadır” açıqlaması ilə konsert təxirə salınıb. Reperin bir neçə ay sonra Ermənistana səfər edəcəyi və gözlənilən konsertin baş tutacağı bildirilib.

Snop Dogga ödənişin öncədən edilməsi və antiterror əməliyyatlarından bir il keçməsinə baxmayaraq, konsert hələ də baş tutmayıb. Ermənistanın Elm, Təhsil, Mədəniyyət və İdman Nazirliyi dəfələrlə açıqlama verərək reperlə danışıqların aparıldığı və 2024-cü il ərzində konsertin keçiriləcəyini açıqlayıb. Lakin Snop Doggun hər hansı müsbət cavab verdiyinə dair məlumat yoxdur.

Bu məsələ ölkədə ciddi narazılığa səbəb olub və dünya ulduzunun Ermənistana qarşı saxtakarlığı, hökumətin səriştəsizliyi kimi dəyərləndirilib. Maraqlı olan isə 6 milyon dollardan xəbərin olmamasıdır. Konsert ilk təxirə salınan zaman ödənilən məbləğin büdcəyə geri qaytarılması ilə bağlı hər hansı məsələ qaldırılmayıb, bu, konsertin mütləq şəkildə keçiriləcəyi ilə əsaslandırılıb. Lakin reperin pulu alsa da, İrəvana hələ də gəlməməsi, konserti gecikdirməsi erməni ictimaiyyətində birmənalı qarşılanmayıb.

Tarix
2024.11.02 / 11:32
Müəllif
Kult.az
Digər xəbərlər

Onlar Azərbaycana yalvarırlar! – Vuçiç

44 günlük savaşda “əlaqələrimi” işə salmağa çalışdım...

Şövkət Mirziyayev də Azərbaycana gəldi

İlham Əliyev Serbiyanın böyük dostudur - Vuçiç

Sadır Japarov Azərbaycana gəldi

İlham Əliyev Bolqarıstan prezidenti ilə görüşdü

Budeyvi də ölkəmizə səfərə gəldi

Ticarət dövriyyəmiz indikindən 5 dəfə çox olmalıdır - Vuçiç

İlham Əliyev Aleksandr Vuçiçlə görüşdü

Mavriki prezidenti Azərbaycana gəldi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla