Yuxarı

Kamal Abdullanın “Casus”u Milli Teatrda – Foto

Ana səhifə Kult Teatr
12 Punto 14 Punto 16 Punto 18 Punto
Kamal Abdullanın “Casus”u Milli Teatrda – Foto

Oktyabrın 30-da Akademik Milli Dram Teatrında xalq yazıçısı Kamal Abdullanın “Casus” əsəri əsasında hazırlanan eyniadlı tamaşa nümayiş olunub.

Kult.az xəbər verir ki, nümayiş Akademik Milli Dram Teatrının “Bölgə teatrlarının Bakı premyeraları” layihəsi çərçivəsində həyata keçirilib.

Lənkəran Dövlət Dram Teatrının repertuarında olan tamaşanın quruluşçu rejissoru teatrın baş rejissor Anar Babalı, quruluşçu rəssamı Tərlan Sadıqov, bəstəkarı Azər Hacıələsgərlidir.

Səhnə əsərində xalq artisti Qabil Quliyev (Dədə Qorqud), əməkdar artist Sucəddin Mirzəyev (Qazan xan), aktyorlar Buludxan Buludov (Bayandur xan), Qızılgül Quliyeva (Boğazca Fatma), Aynur Əhmədova (Burla xatun), Miraslan Ağayev (Şirşəmsəddin), Allahverən Babayev (Bəkil), Əbülfəz Axundov (Aruz qoca) və Saleh Əzimzadə (Beyrək) çıxış ediblər.

“Casus” sirr və onun açılması üzərində qurulub. Əsərdə Dədə Qorqud obrazı hadisələrin axarını istiqamətləndirir. O, Oğuz tayfaları arasında casusluq edənin kim olduğunu Qazan xana söyləyir. Ancaq Boğazca Fatmanı da məsələdən xəbərdar edən özü olur. Dədə Qorqud Oğuzun təəssübkeşi kimi çıxış edir. Məhz bu səbəbdən casusun kim olduğunu söyləsə də, o biri yandan da məsələyə insani mövqedən yanaşır, Boğazca Fatmanı onun casus oğlunun başına gələcək fəlakətdən xəbərdar edir, ona ölümdən xilas yolunu göstərir.

Tamaşanın sonunda Akademik Milli Dram Teatrının direktoru, əməkdar mədəniyyət işçisi İlham Əsgərov, teatrın bədii rəhbəri, Dövlət mükafatı laureatı, əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadə tərəfindən Lənkəran Dövlət Dram Teatrına uğurlu çıxışlarına görə Akademik Milli Dram Teatrının diplomu təqdim olunub.

Tarix
2024.10.31 / 21:14
Müəllif
Kult.az
Digər xəbərlər

Xəzərlə bağlı komissiya: ilk iclas Azərbaycanda keçiriləcək

Beynəlxalq konfransın iştirakçıları Şuşada...

İlham Əliyev Pezeşkianla görüşdü - Foto

Xəzərin səviyyəsinin aşağı düşməsinin səbəblərindən biri...

Azərbaycan, Rusiya və İran prezidentləri görüşdü

İlham Əliyev Xəzər Ekoloji Sammitində çıxış etdi - Foto

Xəzərlə bağlı bu davam edərsə, nəticələr fəlakətli ola bilər

Xəzər dənizini qorumaq vacibdir - Prezident

Prezident "Avaza" Kompleksində milli stendlərə baxdı - Foto

Əliyev Putin və Berdiməhəmmədovla görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla