Yuxarı

Tramp gəldi, ermənilər şokdadır: Bakının şərti ilə olacaq!

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyalı politoloq Yevgeni Mixaylovun Axar.az-a müsahibəsi:

- Trampın ABŞ prezident seçkilərində qalib gəldiyi artıq şübhəsizdir. O, dünyada müharibələri bitirməyi bacaracaqmı?

- Tramp da, Harris də çox da yaxşı insanlar deyil. Amma Tramp daha adekvat görünür və pulu saymağı bilir. O, çoxdan bəyan edib ki, hakimiyyətdə olsaydı, müharibələr, heç olmasa, hazırda gedənlər olmazdı. Və müqavilə şərtləri ilə daha ciddi işləyəcəkdi. Onun hansı kursu keçəcəyini bilmirəm. Möcüzə gözləməməlisən.

- Trampın qələbəsi Rusiya ilə münasibətlərə və Ukraynadakı hadisələrə necə təsir edəcək?

- Trampın qələbəsinin Rusiya ilə münasibətlərə necə təsir edəcəyini bilmirəm, amma Ukraynaya böyük miqdarda vəd edilən pullar çatdırılmayacaq, bu, dəqiqdir. Buna əminəm. Tramp dəfələrlə Ukraynada müharibəyə son qoyacağını bəyan edib. Rusiya öz işinə baxmalıdır - xaricdə kimin qalib olmasından asılı olmayaraq. Görərik, ən azından Trampın köməkçisi Mask və onun yaxın ətrafı Ukraynadakı müharibəyə mənfi münasibət bildirib. Hesab edirəm ki, bu münasibət dəyişməyəcək.

- Trampın qələbəsindən sonra ABŞ-ın Cənubi Qafqaz siyasəti necə olacaq?

- Azərbaycan da başa düşməlidir ki, Tramp pulları saymağı çox yaxşı bilir və Ermənistan siyasi isteblişmentini dəstəkləmək üçün ayrılan büdcələr, məncə, azalacaq, çünki Tramp regionda daha güclü oyunçuların olduğunu nəzərə alaraq, bunun faydasız xərc olduğunu yaxşı bilir. Bunlar Azərbaycan, Rusiya, Türkiyədir. Amerikalıların isə orada xüsusi bir işi yoxdur.

Məncə, erməni tərəfinin özü də, Zelenski kimi, artıq şokdadır, çünki onlar Amerika Birləşmiş Ştatlarının, daha doğrusu, Demokratlar Partiyasının vədləri və dəstəyi ilə qidalanırdılar. Buna görə də siz başa düşməlisiniz ki, Trampın gəlişi Cənubi Qafqazda regional siyasətin fundamental vəziyyətini dəyişəcək. Və çox güman ki, Rusiya və Azərbaycanın şərtləri ilə sülh müqaviləsinin imzalanması nəhayət ki, yaxınlaşacaq.

Tarix
2024.11.06 / 12:33
Müəllif
Zeynəb, Ruslan
Digər xəbərlər

Qəzada həlak olan Anar da Qroznıda işləyirmiş...

Onlar Prezidentə başsağlığı verdi

NATO-dan Aktaudakı təyyarə qəzası barədə açıqlama

Sisidən Əliyevə: Dərin kədər hissi keçirdim...

Bayramov gürcüstanlı həmkarı ilə danışdı

Qəzadan 13 gün əvvəl türk astroloqdan şok paylaşım - Foto

Qəzanın pərdəarxası: Təyyarəyə raket zərbəsi endirilib?

Szinpin İlham Əliyevə başsağlığı verdi

Qəzada həlak olan pilot iki aya təqaüdə çıxmalı idi, lakin...

Azərbaycanlı qardaş və bacılarımıza başsağlığı verirəm

KULT
<>
Xəbər xətti
  
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla