Yeni il süfrəsində yeyib-içərkən... - Xəbərdarlıq
02:04
Ana səhifə İdman |
AFFA İntizam Komitəsi adı protokola salınmayan futbolçunu meydana buraxan "Difai" klubunun nəticəsini ləğv edib.
Axar.az xəbər verir ki, I Liqanın XI turunun "Difai" - MOİK oyununun 90+3-cü dəqiqəsində "Difai"nin heyətində adı protokolda yer almayan Tahir Zeynalov oyuna daxil olub.
Bu səbəbdən "Difai"yə 0:3 hesablı texniki məğlubiyyət verilib. Klub 400 manat cərimə edilib.
Qeyd edək ki, görüş MOİK-in qələbəsi ilə nəticələnib - 1:0.
Tarix
2024.12.26 / 15:50
|
Müəllif
Axar.az
|