Yuxarı

Təyyarəmizi vurandan sonra enməyə qoymayan kimdir?

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Təyyarəmizi vurandan sonra enməyə qoymayan kimdir?

Rusiya Prezidenti Vladimir Putin Bakı-Qroznı təyyarəsinin qəzasına nəyin səbəb olduğunu ilk dəqiqələrdə bilməmiş deyildi. Rusiya Müdafiə Nazirliyi sərnişin təyyarəsinin “səhvən” vurulmasıyla bağlı hesabatı qəzanın ilk saatlarında Kreml sahibinə çatdırıb. Böyük ehtimalla Putin həmin saatlarda MDB dövlət başçılarının Sankt-Peterburqda qeyri-rəsmi sammitini açarkən, Bakı-Qroznı təyyarəsinin rusiyalı hərbçilər tərəfindən vurulduğunu bilirdi.

Axar.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib.

“Əsas sual başqadır: Sərnişin təyyarəmiz “səhvən” vurulduqdan sonra onun Qroznı yaxınlıqdakı hava limanlarından birinə enməyə icazə verilməməsini kim əmr edib? Kim vurulan təyyarənin izinin itirilməsini və Xəzərdə batmasını istəyib? Bu əmr Qroznıdakı yüksək rütbəli hərbçilər tərəfindən verilə bilməzdi. İzi itirmək məqsədilə təyyarənin sərnişinlərinin ölümə məhkum edilməsi beynəlxalq cinayətdir. Bu bağışlanası hadisə deyil”, - o bildirib.

Qeyd edək ki, 25 dekabrda Bakı-Qroznı reysini həyata keçirən AZAL-a məxsus təyyarə Aktauda qəzaya uğrayıb. Göyərtədə olan 67 sərnişindən 38-i ölüb, 29 nəfər sağ qalıb.

İlkin məlumata görə, təyyarəmiz Qroznı üzərində Rusiyanın “Pantsir S1” raketinin hədəfi olub, eyni zamanda radioelektron mübarizə sistemi təyyarənin elektron sistemini sıradan çıxarıb. Qroznı, Mahaçqala və Minvod areroportları enişə icazə vermədiklərindən, təyyarə Aktau hava limanına üz tutub.

Tarix
2024.12.26 / 21:54
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan “Diriliş Ərtoğrul”un aktyorunu axtarışa verdi

Azərbaycana qarşı çıxan daha bir Saral - bu dəfə saxtası...

Azərbaycan əleyhinə danışan Şanlı AKP-nin siyahısında...

İran sərhədi bağladı: Türkiyə və Pakistana qarşı addım

Baş Prokurorluğun axtarışa verdiyi Zəkəriyə kimdir?

BMT-də Qarabağdakı vəhşiliklər barədə məlumat verildi

İrandan təsdiq gözləyirik - Overçuk

Bakının axtardığı Kaya İŞİD-çidir? - Cübbəli ifşa etdi

İlham Əliyev: Sülh hələ də kövrəkdir - Video

Azərbaycanın axtarışa verdiyi Fateh Türkiyədən qaçdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla