Yuxarı

Təyyarə qəzası: Azərbaycan ekspertizaya buraxılmayacaq

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Təyyarə qəzası: Azərbaycan ekspertizaya buraxılmayacaq

Qazaxıstan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə uyğun olaraq Rusiya və Azərbaycanın hüquq-mühafizə orqanlarının təyyarə qəzasının kriminalistik ekspertizasında iştirakına icazə verilməyəcək.

Axar.az Report-a istinadən xəbər verir ki, bu barədə Aktauda AZAL-a məxsus təyyarənin qəzaya uğramasının səbəblərinin araşdırılması üzrə hökumət komissiyasına rəhbərlik edən Baş nazirin müavini Kanat Bozumbayev keçirdiyi brifinqdə bildirib.

“Rusiya və Azərbaycanın hüquq-mühafizə orqanlarının kriminalistik ekspertizada iştirakına icazə verilməyəcək, lakin onlara təyyarə qəzasının araşdırılmasında iştirak edə biləcək”, – o deyib.

Xatırladaq ki, dekabrın 25-də Bakıdan Qroznıya uçan AZAL-a məxsus “Embraer” təyyarəsi Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarənin göyərtəsində 62 sərnişin, o cümlədən 37 Azərbaycan, 16 Rusiya, 6 Qazaxıstan və 3 Qırğızıstan vətəndaşı, həmçinin 5 ekipaj üzvü olub. İnsident nəticəsində 38 sərnişin ölüb, 3-ü uşaq olmaqla 29 nəfər sağ qalıb.

Prezident İlham Əliyevin sərəncamına əsasən, təyyarə qəzasında həlak olanların xatirəsinə 2024-cü il dekabrın 26-da Azərbaycanda matəm elan edilib.

Tarix
2024.12.26 / 22:39
Müəllif
Axar.az
Digər xəbərlər

Ukrayna da Azərbaycanı təbrik etdi

Azərbaycan Pakistana başsağlığı verdi

Türkiyə də Azərbaycanı təbrik etdi

Rusiya sülhməramlıları Qarabağdan buna görə çıxardı

Bu qardaş ölkə də Azərbaycanı təbrik etdi

Cəmi 23 saat 43 dəqiqə davam edən əməliyyat... - Deputat

İsrail Azərbaycanı təbrik etdi

Ceyhun Bayramov ABŞ-a yollandı

XİN-dən Dövlət Suverenliyi Günü ilə bağlı bəyanat

Biz qürurlu millətə çevrildik - xoşbəxt xalqıq!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla