Yuxarı

Onlar Prezidentə başsağlığı verdi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

14:06

Özbəkistan Prezidenti Şövkətt Mirziyayev Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib.

Axar.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Şövkət Mirziyayev baş vermiş təyyarə qəzası ilə bağlı Azərbaycan Prezidentinə və həlak olanların yaxınlarına başsağlığını bildirib, yaralanan şəxslərin tezliklə sağalmalarını arzulayıb.

Prezident İlham Əliyev göstərilən diqqətə və başsağlığına görə minnətdarlıq edib.

***

Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyev İlham Əliyevə başsağlığı verib.

Mətndə deyilir:

“Azərbaycan Hava Yolları” aviaşirkətinin Bakı-Qroznı reysini həyata keçirən təyyarəsinin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması ilə bağlı xəbər məni dərindən kədərləndirdi. Çoxlu sayda insanın həyatına son qoymuş bu hadisə Azərbaycan üçün böyük itkidir.

Zati-alinizə və Azərbaycan xalqına, həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verirəm, yaralananların tezliklə sağalmalarını arzu edirəm.

Bu faciə Türk dünyasında hər kəsi dərindən təsirləndirdi, kədərli anlarda birliyin və dəstəyin önəmini xatırlatdı. Bu hüznlü hadisə ilə bağlı Azərbaycan xalqı ilə həmrəyik və kədərinizi bölüşürük".

***

Şanxay Əməkdaşlıq Təşkilatının Baş katibi Can Mindən Azərbaycan Prezidenti İlham Əliyevə başsağlığı məktubu gəlib.

Məktubda deyilir:

"Zati-aliləri.

“Azərbaycan Hava Yolları”nın təyyarəsinin Qazaxıstan ərazisində qəzaya uğraması nəticəsində sərnişinlərin və ekipaj üzvlərinin həlak olması xəbərindən sarsıldım.

Sizə və həlak olanların ailə üzvlərinə dərin hüznlə başsağlığı verir, bütün xəsarət alanların tezliklə sağalmalarını arzulayıram".

***

Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan Azərbaycan Prezidenti İlham Əliyevə başsağlığı məktubu göndərib.

Məktubda BƏƏ Prezidentinin "Azərbaycan Hava Yolları"na məxsus sərnişin təyyarəsinin Qazaxıstan Respublikasında qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı və yaralanması xəbərini dərin hüzn və kədərlə qarşıladıqlarını bildirib.

"Bu ağır itki ilə əlaqədar Sizə dərin hüznlə başsağlığı verir, yaralıların tezliklə sağalmalarını arzu edirik", - məktubda qeyd olunub.

***

Maldiv Respublikasının Prezidenti Məhəmməd Muizzudan Azərbaycan Prezidenti İlham Əliyevə başsağlığı məktubu gəlib.

Məktubda deyilir:

"Zati-aliləri.

Qazaxıstanın Aktau şəhəri yaxınlığında çoxlu insan tələfatına və yaralanmasına səbəb olan faciəvi təyyarə qəzası ilə bağlı xəbər məni dərindən kədərləndirdi və sarsıtdı.

Zati-alinizə, Azərbaycan Hökumətinə və xalqına, o cümlədən bu hadisə nəticəsində həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirəm. Belə bir kədərli gündə dualarımızın xüsusilə də faciənin nəticələri ilə üzləşmiş sağ qalan insanlarla olduğunu bildirirəm".

***

Fələstin Prezidenti Mahmud Abbas Azərbaycan Prezidenti İlham Əliyevə başsağlığı məktubu göndərib.

Məktubda deyilir:

"Hörmətli cənab Prezident.

Qazaxıstanın Aktau şəhəri yaxınlığında Azərbaycanın sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində insan tələfatı xəbərini təəssüf hissi ilə öyrəndim.

Bu faciə ilə əlaqədar kədərinizi bölüşərək, qardaş Azərbaycan xalqına və həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verir, sağ qalan insanlara görə Uca Allaha şükür edir, yaralıların tezliklə sağalmalarını diləyirəm.

Allah Sizi və xalqınızı qorusun".

***

Slovakiya Prezidenti Peter Pelleqrini Azərbaycan Prezidenti İlham Əliyevə başsağlığı məktubu göndərib.

Məktubda deyilir:

"Cənab Prezident.

“Azərbaycan Hava Yolları” aviaşirkətinə məxsus təyyarənin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması nəticəsində çoxsaylı insanın faciəli ölümü və yaralanması ilə bağlı xəbəri dərin kədər hissi ilə qarşıladım.

Slovakiya vətəndaşları adından və şəxsən öz adımdan Sizə, Azərbaycan vətəndaşlarına, eləcə də həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, yaralananlara tezliklə sağalmalarını arzulayıram".

***

Rusiya Federasiyası Tatarıstan Respublikasının Rəisi Rüstəm Minnixanov Prezident İlham Əliyevə başsağlığı məktubu ünvanlayıb.

Başsağlığında deyilir:

"Hörmətli İlham Heydər oğlu.

Dekabrın 25-də “Azərbaycan Hava Yollarına” məxsus sərnişin təyyarəsinin qəzaya uğraması xəbəri Tatarıstan Respublikasında dərin kədər hissi ilə qarşılanıb.

Yaxınlarını itirən ailələrə dərin hüznlə başsağlığı verir, xəsarət alanların tezliklə sağalmalarını diləyirəm.

Biz bu itkilərin acısını ürəkdən bölüşür və qardaş Azərbaycan xalqı ilə birlikdə kədərlənirik".

Tarix
2024.12.26 / 17:10
Müəllif
Axar.az
Digər xəbərlər

Pezeşkian Moskvaya gedir: Rusiya ilə saziş imzalayacaq

Əlcəzair liderindən Əliyevə: Bu ağrılı sınaqdan...

Təyyarəmizi vuran "Pantsir-S" sistemi nədir, necə işləyir?

Məlikovdan Əliyevə: Sizinlə birlikdə kədərlənirik...

Təyyarə qəzası necə baş verib? - Nazir danışdı

Pilotlar təyyarəni dənizə niyə endirməyiblər? - Video

Ukrayna təyyarə qəzası ilə bağlı açıqlama yaydı

Təcili: AZAL təyyarəsi qəzaya düşən kimi Rusiya bu xəbəri sildi - Video

“Qara qutu"nun incələnməsinə başlanıldı

Xaricdəki Azərbaycan evlərində xatirə guşələri yaradıldı - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla