Yuxarı

Nyu Yorkun məşhur meydanında Azərbaycan xəritəsi – Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Nyu Yorkun məşhur meydanında Azərbaycan xəritəsi – Foto

ABŞ-ın Nyu York şəhərində məşhur “Times Square” meydanında 8 Noyabr - Azərbaycanın Zəfər Gününə və 9 Noyabr - Dövlət Bayrağı Gününə həsr olunmuş məlumatlandırma aksiyası keçirilib.

Axar.az Report-a istinadən xəbər verir ki, layihə Azərbaycan-Amerika Gənclər Federasiyasının (AAYF) təşkilatçılığı və Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə baş tutub.

AAYF-in sədri Leyla Aslanovanın təşkilatçılığı ilə toplanan ABŞ-da təhsil alan azərbaycanlı gənclər meydanı ziyarət edən turistləri və yerli amerikalıları Azərbaycanın tarixi Zəfər günü barəsində məlumatlandırıblar.

Həmyerlilərimiz Azərbaycanın üçrəngli bayrağı ilə “Yaşasın Azərbaycan”, “Zəfər Bayramın mübarək Azərbaycan” şüarları səsləndiriblər. Meydanı ziyarət edən turistlər Azərbaycan bayrağı ilə fotolar çəkdiriblər.

Habelə, “Times Square” meydanında nəhəng led ekranlarda Azərbaycanın ərazi bütövlüyünün əks olunduğu xəritə nümayiş olunub.

Bundan başqa, üzərində “8 Noyabr Azərbaycanın Zəfər Günüdür!” şüarı və Azərbaycanın Zəfər rəmzi hesab olunan Xarıbülbülün əks olunduğu led ekranlı avtomobil meydanın ətrafında hərəkət edib və 42-ci küçədə dayanıb. Məlumatlandırma aksiyası səhər saatlarına qədər davam edəcək.

Tarix
2024.11.09 / 08:55
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev BƏƏ-nin Vitse-prezidentinə başsağlığı verdi

Mansur Yavaş CHP-dən istefa verdi

Rusiya bu qərarlarımıza hörmət etməlidir - İrəvan

Azərbaycan İrəvanda planlaşdırılan görüşü təxirə saldı

Prezident iki səfiri qəbul etdi - Foto

Ermənistanın “ən məxfi qadını” Bakıya gəldi - O kimdir?

Prezident Martin Rayanı əfv etdi

İham Əliyev Səudiyyə Ərəbistanının Kralını təbrik etdi

Tramp Hikmət Hacıyevin müsahibəsini paylaşdı - Foto

Paşinyan TRİPP-dən danışdı: Azərbaycanla bağlı detal

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla