Yuxarı

Xəzər dənizi kiçilir, Qafqazda şirin su... - Babayev

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xəzər dənizi kiçilir, Qafqazda buzlaqların əriməsi, şirin suyun itirilməsi problemi mövcuddur.

Axar.az xəbər verir ki, bunu COP29-un prezidenti, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) açılış mərasimində bildirib.

O qeyd edib ki, bunun üçün də milli uyğunlaşma planlarının vaxtında təqdim edilməsi vacibdir:

“Bu planlar bizim ən yaxşı təcrübələri necə paylaşacağımızı, texnologiyanın ötürülməsini və bir-birimizi necə dəstəklədiyimizi müəyyən edəcək. Biz bu planları 2025-ci ilə qədər tamamlamalı və 2030-cu ilə qədər irəliləyiş əldə etmək üçün lazımi addımları atmalıyıq. Uyğunluqdan sonra təhlükəsizliyin mühüm hissəsi maliyyə olmalı, bütün bunların əsasında şəffaflıq dayanmalıdır. İlk maliyyə şəffaflığı hesabatları kritik əhəmiyyət daşıyır və bu il təqdim edilməlidir”.

COP29-un prezidenti qeyd edib ki, iqlim planları çərçivəsində mühüm tematik sahələrə müraciət edilməlidir:

“Bu planlar yaş və gender məsələlərinə həssas olmalıdır. Biz ən son elmi məlumatlara və təhlükəsizlikdən tutmuş gələcək nəsillər qarşısındakı digər öhdəliklərə nəzər salsaq, görərik ki, COP29 Paris Sazişi üçün əsl dönüş nöqtəsidir. İndi qarşımıza qoyduğumuz məqsədlərə çatmağa hazır olub-olmadığımızı göstərməliyik”.

Tarix
2024.11.11 / 16:09
Müəllif
Axar.az
Digər xəbərlər

Ermənistan COP29-da qeydiyyatdan keçib? - Mirzoyan

İlham Əliyev Miçotakislə görüşdü

Ermənistanın bunu etməsi narahatlıq yaradır - Əliyev

İlham Əliyev İranın vitse-prezidenti ilə görüşdü

Paşinyan Əliyevlə Kazanda görüşündən danışdı: Məmnunam

Bakı və İrəvan həll yoluna yaxındır - Paşinyan

İlham Əliyev Ruanda prezidenti ilə görüşdü

İlham Əliyev Çin baş nazirinin müavini ilə görüşdü

İtaliya parlamentinin nümayəndə heyəti MM-də

2023-cü ildə Bakı, Moskva və İrəvan buna yaxın idi, lakin...

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla