Yuxarı

Ölkə ərazisində 111 min 111 ağac əkildi - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hər il 11 noyabr tarixində ənənəvi olaraq keçirilən qardaş Türkiyənin başlatdığı ağacəkmə aksiyası Azərbaycanda növbəti dəfə təşkil olunub və ölkə ərazisində gün ərzində, ümumilikdə 111 min 111 ağac əkilib.

Axar.az xəbər verir ki, "Türk dövlətləri milli ağaclandırma günü“ münasibətilə Müşfiqabad qəsəbəsində təşkil olunan ağacəkmə tədbirində Türkiyə, Qırğızıstan və Şimali Kipr Türk Cümhuriyyətinin nümayəndələri, həmçinin Ekologiya və Təbii Sərvətlər Nazirliyinin kollektivi, tərəfdaş təşkilatlar və könüllülər iştirak edib.

Qeyd edək ki, ağacəkmə aksiyalarının keçirilməsi və yeni yaşıllıq sahələrinin salınması dünya dövlətlərinin, o cümlədən Azərbaycanın iqlim dəyişmələrinin fəsadlarını minimuma endirmək üçün götürdüyü öhdəliklərə, qoşulduğu təşəbbüslərə dəstək və töhfədir.

"Türk dövlətləri milli ağaclandırma günü“ Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrdə də kütləvi ağacəkmə aksiyaları ilə qeyd olunur.

Tarix
2024.11.11 / 18:24
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev Çin baş nazirinin müavini ilə görüşdü

Ombudsman BƏM-in İrəvana qarşı qərarını təqdir etdi

Azərbaycanın nefti var deyə, tənqid olunmalıdır? - Titov

İlham Əliyev Qabonun vitse-prezidenti ilə görüşdü

Prezident Kristalina Georgiyeva ilə görüşdü

Prezident Əliyev Mixail Mişustinlə görüşdü

Ermənistan COP29-da qeydiyyatdan keçib? - Mirzoyan

İlham Əliyev Miçotakislə görüşdü

Ermənistanın bunu etməsi narahatlıq yaradır - Əliyev

İlham Əliyev İranın vitse-prezidenti ilə görüşdü

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla