Yuxarı

HHQ komandanı Çində aviasiya sərgisində... - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
HHQ komandanı Çində aviasiya sərgisində... - Foto

Azərbaycan Respublikasının müdafiə nazirinin müavini - Hərbi Hava Qüvvələrinin komandanı general-leytenant Namiq İslamzadənin rəhbərlik etdiyi nümayəndə heyəti Çin Xalq Respublikasının Cuhai şəhərində keçirilən 15-ci Çin Beynəlxalq Aviasiya və Aerokosmik Sərgisində iştirak etmək üçün bu ölkəyə işgüzar səfər edib.

Bu barədə Axar.az-a Azərbaycanın Müdafiə Nazirliyindən bildirilib.

Dünyanın 100-dən çox ölkəsinin Hərbi Hava Qüvvələri (HHQ) komandanları və digər səviyyədə rəsmiləri, region və beynəlxalq təşkilatlardan rəsmi nümayəndə heyətlərinin iştirak etdiyi sərgi zamanı general-leytenant N.İslamzadə Çin Xalq Azadlıq Ordusunun Hərbi Hava Qüvvələri komandanı general-polkovnik Çan Dinqyu ilə görüşüb.

Görüşdə Azərbaycan və Çin HHQ arasında hərbi və hərbi-texniki əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub. General-leytenant N.İslamzadə sərgiyə dəvətə görə çinli həmkarına minnətdarlığını bildirib.

Çinə işgüzar səfər çərçivəsində Belarus və İran HHQ komandanları, Rusiya Federasiyasının HHQ komandanının müavini, həmçinin Çinin Dövlət Müdafiə Sənayesi Kompleksinə daxil olan bir sıra şirkət rəhbərləri ilə görüşlər keçirilib.

Keçirilən görüşlərdə qarşılıqlı maraq doğuran məsələlərə dair ətraflı fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, beynəlxalq sərgidə Çin Müdafiə Sənayesi Korporasiyalarının ümumilikdə 260 növ döyüş təyyarəsi, helikopter, pilotsuz uçuş aparatı, HQ-9BE zenit-raket kompleksi, YJ-12E markalı gəmi əleyhinə qanadlı hipersonik raketlər, dron əleyhinə sistemlər, texnikalar və digər avadanlıqlar nümayiş etdirilib.

Tarix
2024.11.14 / 19:06
Müəllif
Axar.az
Digər xəbərlər

Yaralı etirazçıları müalicə edən ərdəbilli həbs edildi

Ceyhun Bayramov Çinə yola düşdü

Rusiya Cənubi Qafqazda təsirini belə itirir - Ukrayna kəşfiyyatı

Hacıyev Şəki barədə hazırlanan filmi paylaşdı - Video

Səfirliyimizə terror hücumundan üç il ötür

AzTV sədri Vəli Əkbəri işdən çıxartdı - Səbəb

İlham Əliyev uzaqgörən liderdir - İsrail XİN başçısı

İran federallaşmalıdır, yoxsa parçalanmalı?

Saar Bakıda Türkiyədən danışdı: Təssüf ki, münasibətlər...

İrana hücum mütləq olacaq - Millət vəkili

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla