Yuxarı

Azərbaycanla İtaliya arasında sənəd imzalandı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycanla İtaliya arasında sənəd imzalandı

COP29 çərçivəsində “AzərEnerji” ASC, SOCAR Trading və İtaliyanın “Ansaldo Energia” şirkəti arasında karbon kreditlərinə dair üçtərəfli sənəd imzalanıb.

Axar.az xəbər verir ki, sənədə əsasən “Ansaldo Energia” şirkəti Kəlbəcər rayonunda “AzərEnerji” tərəfindən 2023-cü ildə tikilərək istismara verilən “Çıraq-1”, “Çıraq-2”, “Soyuqbulaq”, “Qamışlı” və “Meydan” kiçik su elektrik stansiyalarında istehsal edilən sıfır emissiyalı elektrik enerjisi üzrə gələcəkdə yaradılacaq karbon kreditlərini almaq niyyətini təsdiqləyib.

Qeyd edək ki, 2024-cü ilin əvvəlində Kəlbəcər rayonunda yerləşən “Çıraq-1”, “Çıraq-2”, “Soyuqbulaq”, “Qamışlı” və “Meydan” kiçik su elektrik stansiyaları üçün karbon sertifikatlarının alınması və bununla karbon kreditləri üzrə könüllü bazarda iştirakın təmin edilməsi məqsədilə “Azərenerji” ASC və “SOCAR Trading” əməkdaşlığı çərçivəsində Qətərdə yerləşən “Global Carbon Council” qurumlarına müraciət edilib.

Qeydiyyat proseduru bitmək üzrə olan beş kiçik su elektrik stansiyasının fəaliyyəti nəticəsində il ərzində 30 min ton karbon dioksid qazının atmosferə atılmasının qarşısının alınması nəzərdə tutulub.

Qarabağ və Şərqi Zəngəzurda həyata keçiriləcək bu layihə Azərbaycandan karbon kreditləri üzrə könüllü bazarda iştirak üçün müraciət edilən ilk layihələrdəndir.

Tarix
2024.11.15 / 17:56
Müəllif
Axar.az
Digər xəbərlər

Ankara bunun üçün Azərbaycana arxalanır - Bayraqdar

Britaniya səfiri də Azərbaycanı təbrik etdi

Ukrayna səfiri Azərbaycanı təbrik etdi

Ərdoğandan Azərbaycanla bağlı paylaşım

Dudayevin həyat yoldaşı Azərbaycanı təbrik etdi

Türkiyə MN də Azərbaycanı təbrik etdi

Azərbaycanla bağlı manipulyasiya... - Bəyanat

MHP Azərbaycanı təbrik etdi

Azərbaycan, Türkiyə və daha 3 türk ölkəsi razılığa gəldi

Türkiyədən Azərbaycana dəstək aksiyası - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla