Yuxarı

Batumidə 24 yaşlı azərbaycanlı intihar etdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Batumidə 24 yaşlı azərbaycanlı intihar etdi

Gürcüstanın Batumi şəhərinin yaxınlığında 24 yaşlı azərbaycanlı gənc intihar edib.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, intihar edən gənc Marneuli rayonunun Böyük Muğanlı kənd sakinidir.

Kənd sakinlərinin məlumatına görə, Ural Həsən oğlu Ələkbərov Türkiyədə ali təhsil alıb və arxeoloq ixtisasına yiyələnib. Məlumatda bildirilib ki, intihar edən gənc Türkiyədə çalışırmış. İntihar edən gəncin üzərində özünün xətti ilə yazılan məktub aşkarlanıb. Gənc qardaşına ünvanladığı məktubda "Mən axırıncı günlərimi yaşayıram. Sizdən üzr istəyirəm. Gəlib öz vətənimə çata bilmədim. Heç kimdən şübhələnməyin, özüm-özümü asmışam", - kəlmələrini yazıb.

Gəncin intiharının səbəbi bilinmir.

Hadisə ilə bağlı cinayət işi başlanıb, araşdırma aparılır. İntihar edən gənc bu gün torpağa tapşırılıb.

Tarix
2016.04.25 / 21:10
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan haqda dediklərinizin nəticələrini anlayırsımızmı?

Ərdoğanı Bakıya gətirən səbəb...

Azərbaycana gedirəm, ümid edirəm ki... - Ərdoğan

Ermənipərəst senatorla biz yox, onlar mübarizə aparacaq

Paşinyan Türkiyəyə gedir

Ərdoğan Azərbaycana gəlir - Təcili

ABŞ-da seçki: Demokratlar qalib gəlir

ASAN Xidmət unikal Azərbaycan brendidir - Prezident

İlham Əliyev onlara müraciət ünvanladı

Rusiya Azərbaycanın qaytardığı məhsulu satışdan çıxarır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla