Yuxarı

Ölkədə şagird başına düşən kompüterlərin sayı - Nazir

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ölkədə şagird başına düşən kompüterlərin sayı - Nazir

Ölkədə hazırda hər 9 şagirdə 1 kompüter düşür.

Axar.az xəbər verir ki, bunu “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin Milli Məclisin Aqrar siyasət, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil komitələrinin birgə iclasında müzakirəsi zamanı elm və təhsil naziri Emin Əmrullayev deyib.

“Əgər 2020-ci ildə ölkədə hər 36 şagirdə bir kompüter düşürdüsə, hazırda hər 9 şagirdə 1 kompüter düşür. 2026-cı ilin sonuna isə bu nisbətin hər 6 şagirdə 1 kompüter olması hədəflənir. Eyni zamanda dövlət investisiya xərcləri hesabına son illərdə məktəblərin fiberoptik yüksək sürətli şəbəkəyə qoşulması da həyata keçirilməkdədir. Əgər 2020-ci ildə fiveroptik internetə qoşulmuş müəssisələrin sayı 378 təşkil edirdisə, hazırda 1737 müəssisə fiberoptik internetə qoşulub. Hazırda təhsil sahəsində göstərilən xidmətlərin rəqəmsallaşdırılması və məlumat bazalarının təkmilləşdirilməsi istiqamətində də işlər davam etdirilir”, - nazir əlavə edib.

Əmrullayev bildirib ki, istedadlı uşaqlarla iş çərçivəsində də bölgələrdə iş aparılır:

“Ölkə daxilində istedadlı şagirdlərin aşkar olunması üçün müsabiqələr təşkil edilir. Növbəti ildə 10 ümumtəhsil müəssisəsi pilot qaydada adambaşına maliyyələşməyə keçəcək. Peşə təhsilində keyfiyyətin artırılması üzrə planların icrası davam edir. 72 peşə təhsili müəssisəsində 136 ixtisas üzrə tələbə qəbulu həyata keçirilir. Peşə təhsil müəssisələrində qəbul 60% artıb. 7000 tələbəni əhatə edən 8 peşə təhsil müəssisəsində adambaşına maliyyələşmə tətbiq edilir. Ali təhsilin əhatəliliyini və keyfiyyətinin artırılması üçün cari ildə bir sıra qərarlar qəbul edilib".

Tarix
2024.11.20 / 16:02
Müəllif
Axar.az
Digər xəbərlər

Prezident BƏƏ-nin bir sıra şirkətlərinin rəhbərlərini qəbul etdi

Ərdoğanın müavini Azərbaycana gəlir

Bakı ilə narrativlərimiz ziddiyyətli idi... - Qriqoryan

Tramp buna görə İlham Əliyevə təşəkkür etdi

Eyyubov Moskvada mühüm iclasda: Diqqət çəkən məqam...

Azərbaycan Cənubi Qafqazda yeni reallıqlar yaradır

Sülh sazişinin paraflanması atmosferi dəyişdi - Qriqoryan

Hacıyev Qətər əmirinin milli təhlükəsizlik müşaviri ilə görüşdü

Rusiya Zəngəzur dəhlizinə etiraz etdi

Hikmət Hacıyev Dohada Qətərin dövlət naziri ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla