Yuxarı

Sabirabadda ağır qəza: 3 nəfər öldü - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Sabirabadda ağır qəza: 3 nəfər öldü - Foto

09:19

Sabirabad rayonunda ağır yol qəzası baş verib.

Axar.az Report-a istinadla xəbər verir ki, hadisə bu gün səhər saatlarında rayonun Qarağac kəndi ərazisində qeydə alınıb.

İlkin məlumata görə, dəmir yolu keçidinin yaxınlığında iki avtomobil toqquşub.

Qəzada müxtəlif dərəcəli xəsarət alan beş nəfər Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Hazırda yaralıların şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

***

Sabirabad rayonunun Qaraağac kəndi ərazisində baş verən yol-nəqliyyat hadisəsi nəticəsində üç nəfər həyatını itirib.

Bu məlumatı Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) rəsmisi, polis polkovnik-leytenantı Mübariz Ağayev Oxu.az-a açıqlamasında bildirib.

"Hadisə bu gün saat 08:00-da qeydə alınıb. Hadisə Sabirabad rayon sakinləri Samir Qurbanəli oğlu Umudovun idarə etdiyi "Daewoo" markalı, 90 MY 798 dövlət qeydiyyat nişanlı və Salatın Rəhman qızı Abuzərovanın idarə etdiyi "Toyota" markalı, 90 KU 752 dövlət qeydiyyat nişanlı avtomobillərin toqquşması nəticəsində baş verib.

Qəza nəticəsində qadın sürücü, eləcə də "Daevoo" markalı avtomobildə olan sərnişin 1971-ci il təvəllüdlü Manaf Poladxan oğlu Hacıyev hadisə yerində, sürücü - Samir Umudov isə xəstəxanada həyatlarını itirib.

"Daevoo" markalı avtomobildə olan azyaşlı isə Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib. Faktla bağlı araşdırma aparılır", - deyə məlumatda bildirilir.

Tarix
2024.11.27 / 09:31
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev Sandunu təbrik etdi

Nepalda ölənlər arasında Azərbaycan vətəndaşları var?

Ankara və Təl-Əviv toqquşa bilər - Gözlər Bakıda...

Zelenski Azərbaycana təşəkkür etdi

Azərbaycandan Ermənistana 300 milyon dollar necə köçürülüb?

Əminə Ərdoğan Mehriban Əliyevanı təbrik etdi

Matviyenko Mehriban Əliyevaya zəng etdi

Zəhra Pezeşkian Mehriban Əliyevanı təbrik etdi

Ziroat Mirziyayeva Mehriban Əliyevaya zəng etdi

Azərbaycan XİN Pakistana başsağlığı verdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla