Yuxarı

Ermənilər bu gecə 100-dən çox ev və məktəb dağıtdı - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

09:29

Bu gecə də Ermənistan silahlı qüvvələri cəbhə bölgəsində dinc sakinlərin fərdi yaşayış evlərini artilleriya atəşinə tutub.

Axar.az ANS-ə istinadən xəbər verir ki, hadisə nəticəsində xeyli evə ciddi ziyan dəyib.

Artilleriya mərmilərindən biri Tərtərin Qapanlı kənd sakini Elbrus Tanrıverdiyevin evinə düşüb. Nəticədə ev tamamilə dağılıb, xoşbəxtlikdən ölən və yaralanan olmayıb.

Erməni silahlı bölmələri Tərtərin Qarağacı kəndini də atəşə tutub. Burada Rəsi Qasımovun evi mərmi düşməsi nəticəsində dağılıb.

Ümumilikdə isə Tərtər rayonunda 50 ev, 2 məktəb, 2 bağça, 1 yarım stansiyanın dağıldığı bildirilir.

Ağdam rayonunda da 50 ev dağılıb. Rayon icra başçısı Raqub Məmmədovun Trend-ə verdiyi məlumata görə, erməni hərbi birləşmələrinin rayon ərazisini ağır artilleriya atəşinə tutması nəticəsində Çəmənli kəndində 3 ev ciddi zədələnib, 1 ev tam dağılıb, 1 avtomobil yararsız vəziyyətə düşüb, 1 at və bir inək ölüb. Qaradağlı kəndində 27 ev ciddi zədələnib, 5 ev tam dağılıb, Zənguşalı kəndində 8 ev zədələnib, 1 ev yanıb, 2 ev və 1 mağaza tam dağılıb. Ağır artilleriya atəşi nəticəsində Zənguşalı kəndindəki "Qara İnək" fermer təsərrüfatında 11 inək ölüb, 19 inək xəsarət alıb.

Azərbaycan Ordusunun cavab zərbələri qarşı tərəfi susmağa məcbur edib. Hazırda cəbhə xəttində nisbi sakitlik hökm sürür.

Tarix
2016.04.28 / 09:44
Müəllif
Hacı Qulu
Şərhlər
Digər xəbərlər

Sərhədimiz indiki yer deyilsə, haradır? – Sanosyan əsəbiləşdi

Bu şəxslərə birdəfəlik yardım veriləcək - Sərəncam

Prezident pravoslav xristian icmasını təbrik etdi

Prezident Leonid Kalaşnikovu qəbul etdi

66 konqresmenin Bakıya qarşı qərəzli - Çağırışı

Azərbaycan vətəndaşı oldu, ermənilərə "eşşək" dedi - Video

Şeyx delimitasiyaya xeyir-dua verdi

Prezident Quterreşin xüsusi müşavirini qəbul etdi

İrəvan delimitasiya zonasına 3 rayondan polis göndərdi

Bakı “Ukrayna forumu”na qatılır: Kremlin reaksiyası…

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla