Yuxarı

“Bakı Bus” bu rayonlara və "Sınıq Körpü"yə sərnişin daşıyacaq

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Bakı Bus” bu rayonlara və "Sınıq Körpü"yə sərnişin daşıyacaq

Bakı-Bərdə, Bakı-Mingəçevir, Bakı-Tərtər, Bakı-Zaqatala və Bakı-"Sınıq Körpü" (Qazax sərhəd-keçid məntəqəsi) şəhərlərarası marşrut xətləri üzrə səfərlər dekabrın 1-dən Bakı Bus MMC-nin “Neoplan” markalı avtobusları ilə həyata keçiriləcək.

Bu barədə Axar.az-a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.

Məlumata görə, avtobuslar Bakı Beynəlxalq Avtovağzal Kompleksindən yola düşəcək.

Qeyd edək ki, şəhərlərarası sərnişindaşıma xidməti göstərən avtobus parkının yenilənməsi, ictimai nəqliyyatın əlçatanlığının təmin olunması AYNA tərəfindən daim diqqətdə saxlanılır. Mütəmadi olaraq respublika üzrə avtobus parkının təhlili aparılır. Müntəzəm avtobus marşrutları mərhələli qaydada müsabiqəyə təqdim olunur. Müsabiqədə balanslarında müasir və daha yeni avtobusları olan daşıyıcılar qalib gələrək xətlərin istismarını həyata keçirirlər.

Məqsəd sərnişindaşıma sahəsində göstərilən xidmətin keyfiyyəti, təhlükəsizliyi və rahatlığının artırılmasıdır.

Tarix
2024.11.28 / 15:58
Müəllif
Axar.az
Digər xəbərlər

Urmiya gölü ilə bağlı yeni xəbər

Prezidentdən dünya çempionatı ilə bağlı paylaşım - Video

Qızlarımızı İrana “çağıran” nazirin əsl siması...

FİFA prezidentindən Əliyevə xatirə hədiyyələri - Foto

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

Qubadlının işğaldan azad edilməsindən 6 il keçir

Elçin Yusubov Korrupsiyaya qarşı Baş İdarəyə çağırıldı

Cənubi Qafqaz sülh nümunəsinə çevrilib

Azərbaycan XİN İordaniyada kilsəyə hücumu pislədi

Qubadlının dirçəlişi Dövlət Proqramının mühüm hissəsidir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla