Yuxarı

Biləsuvarda məskunlaşan 11 ailə Cəbrayıla köçürüldü

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Biləsuvarda məskunlaşan 11 ailə Cəbrayıla köçürüldü

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramına əsasən, yenidən qurulan Cəbrayıl şəhərinə sakinlərinin qayıdışı davam edir.

Axar.az xəbər verir ki, Cəbrayıl Rayon İcra Hakimiyyəti Biləsuvar rayonunda salınmış qəsəbələrdən 11 ailə - 53 sakin olmaqla bu gün Cəbrayıl şəhərinə köçürüldüyünü açəqlayıb.

Bununla yanaşı, Bakı şəhərindən 15 ailə – 80 nəfər, Abşeron rayonundan 5 ailə – 25 nəfər, Sumqayıt şəhərindən 3 ailə – 16 nəfər, Saatlı rayonundan 2 ailə – 8 nəfər, Şabran rayonundan 2 ailə – 9 nəfər, Şəki rayonundan 1 ailə – 4 nəfər, Beyləqan rayonundan 1 ailə – 5 nəfər Cəbrayıl şəhərinə yola salınıb.

Həmçinin qeyd olunub ki, bugünədək ölkənin müxtəlf bölgələrində məskunlaşmış cəmi 203 ailə – 783 nəfər rayon sakini Cəbrayıl şəhərinə köçürülərək daimi məskunlaşmaları təmin edilib.

Tarix
2024.11.30 / 21:31
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev bu ölkəyə səfərə hazırlaşır

Azərbaycan buna görə Vyetnama minnətdardır - Əliyev

İlham Əliyev Vyetnamın VNA agentliyinə müsahibə verdi

Sülh üçün Konstitusiya dəyişməlidir – Simonyan

İrəvan 200-dən çox kütləvi məzarlığın yerini açıqlamalıdır!

Simonyan Azərbaycana gəlir

Rəsmi Bakıdan Fransaya sərt reaksiya: Qəbuledilməzdir!

Tramp-Putin-Szinpin görüşü: Yalta-2 olacaqmı?

Bu mərkəzə yeni direktor təyin olundu

Bayramov və Fidan arasında telefon danışığı oldu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla