Yuxarı

Hacı Şahin ittihamlara cavab verdi: “Radikalların əməlidir”

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Bu çox absurd məsələdir. Siz necə inanırsınız ki, mən doğurdan da elə şey deyə bilərəm? Həm də 25 il əvvəl rəhmətə gedən adama müraciət eləmələrini istəyərəm? Buna inanmaq mümkün deyil".

Bu sözləri "Axar.az"a açıqlamasında Məşədi Dadaş məscidinın axundu Hacı Şahin barəsində "Sovetskidə evləri sökülən camaatı qızışdırır" ittihamlarını cavablandırarkən dedi. O bildirdi ki, bu cür şeylərə inanmaq lazım deyil və bu cür ittihamların yer aldığı məktubu yazan insanlar bunu məqsədli şəkildə edirlər:

"Radikal cərəyanlara qarşı tutduğumuz mövqedən, ələxsus da Qafqaz Müsəlmanları İdarəsində keçirilən müzakirədən sonra bizə qarşı belə ittihamlar çoxalıb. Müvəqqəti kəbin məsələlərini gündəmə gətirirlər, müxtəlif şeyləri uydururlar. Bütün bunların hamısı bizim radikal dini ekstrimistlərə qarşı tutduğumuz mövqeyə görədir. Kimisə gözdən salmaq üçündür. Belə bir şey ola bilməz ki, biz Xomneyiyə məktub yazaq və ya kiməsə müraciət edək. Bunun bizə heç bir aidiyyəti yoxdur. "Sovetski" camaatının problemi sosial məsələdir. Onun üçün mənim rəhmətə getmiş Xomeyniyə məktub yazdırmaq çağırışım tamamilə absurd məsələdir".

Hacı Şahin Azərbaycandan olan şiələrin Suriyaya döyüşməyə getməsindən də danışdı:

"Kimlərsə yalançı siyahı düzəldib mediaya ötürür və yazırlar ki, guya bizim məzhəbdən olan insanlar da gedib orda döyüşür və s. Bunların hamısı yalandır və yenə deyirəm ki, məqsədli şəkildə gözdən salmaq üçün həyata keçirilir."

Məşədi Dadaş məscidinin axundu onun 500 insanı siğə etməsi xəbərindən də danışdı:

"Mənim adımdan yazırlar ki, il ərzində 500 nəfəri müvəqqəti siğə etmişəm və hərəsindən 10 manat pul almışam. Bunların hamısı haqqımda pis fikir formalaşdırmaq üçündür".

Xatırladaq ki, "Axar.az"ın ünvanına göndərilən məktubda Azərbaycan şiələri içərisində nüfuz sahibi olan Hacı şahin haqqında "Sovetski"dəki əhalinin qızışdırması ittihamı əksini tapmışdı.

Tarix
2014.02.17 / 12:53
Müəllif
Tural Qurbanlı
Digər xəbərlər

Bakıda İsrail və Suriya arasında kritik görüş: Barak da qatılır

Trampdan Azərbaycan və Ermənistanla bağlı paylaşım...

Putini bir müsahibə ilə darmadağın etdi...

BƏƏ prezidentinin Qarabağ səfəri bunu təsdiq etdi – Bayramov

Azərbaycan və BƏƏ arasında 14 sənəd imzalandı

Prezidentlərin Şuşada geniş tərkibdə görüşü oldu - Foto

Minsk prosesinin ləğvi ilə bağlı qərarın icrasına başlanıldı

BƏƏ prezidentinin şərəfinə rəsmi nahar verildi

Prezidentlər Şuşa qalasının önündə foto çəkdirdilər

Prezidentlər Yeni Şuşa məscidindəki işlərlə tanış oldu - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla