Yuxarı

İğdır-Naxçıvan kəmərinin tikintisi yekunlaşdı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
İğdır-Naxçıvan kəmərinin tikintisi yekunlaşdı

Bildiyimiz kimi, ötən il iki ölkə başçısı tərəfindən İğdır-Naxçıvan boru xəttinin təməli atıldı. Bu il sentyabr-oktyabr aylarına qədər həmin xəttin tikintisinin yekunlaşması nəzərdə tutulurdu və vaxtında da tamamlandı. Açılış olduqdan sonra Naxçıvana təbii qaz Türkiyə üzərindən gələcək. Bu, muxtar respublikanın enerji təhlükəsizliyində böyük rol oynayacaq.

Axar.az xəbər verir ki, bu sözləri Türkiyənin Naxçıvandakı baş konsulu Asif Kaya muxtar respublikada keçirilən Dünya Türk Qəhvəsi Günü münasibətilə tədbirdən sonra jurnalistlərə müsahibəsində deyib.

Onun sözlərinə görə, yaxın zamanlarda Türkiyənin önəmli banklarından olan “Ziraat” Bankı da Naxçıvanda fəaliyyətə başlayacaq. Bu da Naxçıvanda iqtisadi və ticari inkişaf baxımında önəmli addım olacaq.

Qeyd edək ki, bu gün Türkiyənin Naxçıvandakı Baş Konsulluğunun iqamətgahında Dünya Türk Qəhvəsi Günü münasibətilə tədbir keçirilib. Tədbirdə baş konsul Asif Kaya və konsul müavini Ezgi Əhməd çıxış edərək, günün əhəmiyyətindən, türk qəhvəsinin türk mədəniyyətindəki rolundan, tarixindən söhbət açıblar.

Tarix
2024.12.05 / 18:57
Müəllif
Axar.az
Digər xəbərlər

Paşinyan Azərbaycanla bağlı suala əsəbiləşdi - Video

Qriqoryan: Azərbaycanla bu mövzuda razılaşma yoxdur

AZAL Hersoqun uçuşu barədə Türkiyəyə məlumat verməli idi?

Yeni səfir Prezidentin qəbuluna ailəsi ilə gəldi - Foto

Füzuli uğrunda gedən döyüşlər ən ağır döyüşlərdən oldu...

Hacıyev Musayevlə bağlı məni əmin etdi... - Simonyan

Azərbaycan əməkdaşlıq coğrafiyasını daim genişləndirir

Əliyevin sözləri Ermənistanda çox həssas qarşılanır

Milli Məclisin iclası başladı

Simonyan anklavlar haqqında danışdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla