Yuxarı

Maşınların utilizasiyası bu cür aparılır - Laçınov

Ana səhifə Avto
12 Punto 14 Punto 16 Punto 18 Punto
Maşınların utilizasiyası bu cür aparılır - Laçınov

Qüvvədə olan qanuna əsasən, təsdiqedici sənəd yalnız operator tərəfindən reyestrdə qeydə alınmış utilizatorlar tərəfindən verilə bilər.

Axar.az xəbər verir ki, bunu Təmiz Şəhər ASC-nin Nəqliyyat vasitələrinin utilizasiya şöbəsinin müdiri Mirzə Laçınov jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, 10-dan çox ərizəçiyə təsdiqedici sənədlər üzrə birdəfəlik ödənişlər həyata keçirilib.

Şöbə müditinin sözlərinə görə, hazırda bir utilizator - "Fors" MMC reyestrdə qeydiyyata alınmış 40-a yaxın yararsız nəqliyyat vasitəsini utilizasiyaya qəbul edib:

"Həmin nəqliyyat vasitələrinin 2/3-nin yaşı 31 ildən yuxarıdır. Qəbul edilən nəqliyyat vasitələri texniki və ekoloji təhlükəsizlik qaydaları çərçivəsində hissələrə ayrılır, çeşidlənir və təkrar emal üçün yararlı hissələr müxtəlif müəssisələrə göndərilir. Bu da öz növbəsində ətraf mühitin mühafizəsinə töhfə verir və iqtisadi dəyər yaratmağa xidmət edir".

Mirzə Laçınov qeyd edib ki, hər il ölkəmizdə istismar olunan çox sayda nəqliyyat vasitəsi köhnəlmə və yol-nəqliyyat hadisələri nəticəsində yararsız hala düşür. O bildirib ki, statistikaya əsasən, hazırda ölkəmizdə hər beş avtomobildən biri ekoloji-normativ tələblərə, o cümlədən təhlükəsizlik normalarına cavab vermir və istismara yararsız vəziyyətdədir.

Tarix
2024.12.06 / 13:43
Müəllif
Axar.az
Digər xəbərlər

Ukrayna da Azərbaycanı təbrik etdi

Azərbaycan Pakistana başsağlığı verdi

Türkiyə də Azərbaycanı təbrik etdi

Rusiya sülhməramlıları Qarabağdan buna görə çıxardı

Bu qardaş ölkə də Azərbaycanı təbrik etdi

Cəmi 23 saat 43 dəqiqə davam edən əməliyyat... - Deputat

İsrail Azərbaycanı təbrik etdi

Ceyhun Bayramov ABŞ-a yollandı

XİN-dən Dövlət Suverenliyi Günü ilə bağlı bəyanat

Biz qürurlu millətə çevrildik - xoşbəxt xalqıq!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla