Yuxarı

17 yaşlı oğlanı öldürən şəxsə 17 il həbs cəzası verildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
17 yaşlı oğlanı öldürən şəxsə 17 il həbs cəzası verildi

Gəncədə 17 yaşlı oğlanı qətlə yetirməkdə təqsirləndirilən Azər Mövsümovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Axar.az Report-a istinadən xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Roman Ələkbərlinin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, ona Cinayət Məcəlləsinin 29,120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla qəsdən adam öldürməyə cəhd), 29,120.2.7 (iki və ya daha çox şəxsi öldürməyə cəhd) maddələri ilə ilə elan edilən ittiham üzrə təqsirliliyi sübuta yetirilmədiyi üçün bəraət verilib.

Həmçinin, o, həmin məcəllənin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla qəsdən adam öldürmə) maddəsi ilə təqsirli bilinərək 17 il müddətə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə 2022-ci ilin sentyabr ayında baş verib.

İttihama görə, 1984-cü il təvəllüdlü Azər Mövsümov bıçaqla 2005-ci il təvəllüdlü Həsən Novruzova xəsarət yetirib. Nəticədə o, aldığı xəsarətlərdən xəstəxanada ölüb.

Tarix
2024.12.09 / 16:10
Müəllif
Axar.az
Digər xəbərlər

TDT müdafiə sənayesi rəhbərləri Bakıda görüşdülər

Putin: İlham Əliyevlə bu mövzuda danışıram - Video

Mandatı alındı, vəzifədən çıxarılır: Abdullayev niyə vuruldu?

Həsənov, Gülər və Çikovani Şuşada... - Foto

Britaniya səfiri İran XİN-ə çağırıldı

Ermənistan büdcəsi 1,4 milyard dollar artır

Yaşar Gülər Xocavənddə - Video

İlham Əliyev Szinpini təbrik etdi

Media savadlılığının artırılması... - İlham Əliyev

Prezident medianın ictimai rəyə təsirindən danışdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla