Yuxarı

Bu sahə vergidən azad edilir: 8 il müddətinə...

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu sahə vergidən azad edilir: 8 il müddətinə...

Vergi Məcəlləsinə təklif edilən dəyişikliyə əsasən, Azərbaycan ərazisində istehsal olunan avtobusların satışı, habelə təsdiqedici sənəd əsasında istehsal məqsədilə avtobusların ehtiyat hissələrinin idxalı 8 il müddətində ƏDV-dən azad ediləcək.

Axar.az xəbər verir ki, məsələ ilə bağlı İqtisaddiyat.az-a açıqlama verən Mili Məclisin deputatı Vüqar Bayramov bildirib ki, bu azadolma yerli avtobus istehsalına gətirib çıxaracaq.

"Nəzərə alsaq ki, Azərbaycan yaşıl iqtisadiyyat prinsipinə uyğun olaraq avtobuslar istehsal etmək niyyətindədir və paralel olaraq da bununla bağlı dünyanın aparıcı şirkətləri ilə danışıqlar aparılıb, o zaman yeni vergi güzəştləri həmin avtobusların xərclərinin azalmasına gətirib çıxaracaq", - o vurğulayıb.

Deputatın sözlərinə görə, gözlənti ondan ibarətdir ki, bu güzəştlər bir tərəfdən də avtobus parkının yenilənməsinə və xidmət keyfiyyətinin yüksəlməsinə gətirib çıxaracaq:

"Nəticə etibarı ilə ictimai nəqliyyatda daha keyfiyyətli xidmət müşahidə edəcəyik. Bu güzəştlər eyni zamanda ictimai nəqliyyatda yeni qaydaların tətbiqinə imkan verəcək. Bu da ictimai nəqliyyatdan istifadə edən sərnişinlər üçün yeni imkanlar deməkdir "

Qeyd edək ki, yeni vergi güzəştləri 1 yanvar 2025-ci ildən qüvvəyə minəcək.

Tarix
2024.12.12 / 21:54
Müəllif
Axar.az
Digər xəbərlər

Japarov Bakını təriflədi: Sədrlik missiyası...

Ərdoğan Bayramovla nələri müzakirə etdi?

Tokayevdən gözlənilməz Rusiya təklifi - TDT imtina etdi

Azərbaycanda sığorta bazarı ilə bağlı yeni xəbər

Sahil Babayevə yeni müavin təyin edildi - Dosyesi

İlham Əliyev İspaniyanın oyununu izlədi - Video

YAP-da geniş müşavirə keçirildi

Əli Əsədov və Kobaxidze Tiflisdə otelin açılışında - Foto

Ombudsmanın seçiləcəyi tarix bəlli oldu

Mirziyayev TDT-yə yeni təkliflər verdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla