Yuxarı

Generalımız Türkiyədə XTQ Komandanlığında - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin Quru Qoşunları komandanı ordu generalı Səlcuq Bayraqdaroğlunun dəvəti ilə Türkiyədə səfərdə olan Əlahiddə Ümumqoşun Ordunun komandanı general-mayor Kənan Seyidov bir sıra hərbi obyektlərdə olub.

Bu barədə Axar.az-a Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Səfər çərçivəsində general-mayor K.Seyidov Quru Qoşunlarının Aviasiya komandanlığı və hərbi hissələrdən birində olub. Nümayəndə heyətinə istifadədə olan pilotsuz uçuş aparatlarının (PUA) taktiki-texniki xüsusiyyətləri, onların ənənəvi döyüşlərdə tətbiqi, döyüş uçuşunun təşkili və PUA-lar üçün nəzərdə tutulan aviabombalar barədə brifinq təqdim olunub. Real vaxt rejimində döyüş tapşırığı yerinə yetirən PUA-ların uçuşları idarəetmə məntəqəsindən izlənilib.

Sonra nümayəndə heyəti Türkiyənin Xüsusi Təyinatlı Qüvvələr (XTQ) Komandanlığına gəlib. XTQ-nin keçdiyi inkişaf yolu, yerinə yetirdikləri tapşırıqlar və kursantların hazırlığı prosesi barədə brifinq təqdim edilib. Xüsusi təyinatlıların peşəkar hazırlığı və döyüş vərdişlərinin artırılması üçün nəzərdə tutulmuş açıq və qapalı simulyatorlara baxış keçilib. Müasir texnologiya və yeni döyüş taktikasından istifadə edərək antiterror əməliyyatları üzrə şərti tapşırıqların praktiki icrası izlənilib.

Əlahiddə Ümumqoşun Ordunun komandanı İsparta şəhərində yerləşən Dağ Komando Məktəbi və Təlim Mərkəzi Komandanlığında olub. Burada nümayəndə heyətinə komandanlığın fəaliyyəti, təhsil sistemi və tədris prosesi barədə brifinq təqdim olunub. Komandoların silahlanmasında olan müxtəlif silahlar və rabitə vasitələri, həmçinin kursantların komando hazırlığı prosesi əyani nümayiş etdirilib, müxtəlif trenajorlara və tədris siniflərinə baxış keçirilib. General-mayor K.Seyidov orada təhsil alan Azərbaycan Ordusunun hərbi qulluqçuları ilə görüşüb və onların hazırlıq səviyyəsi ilə maraqlanıb.

Tarix
2024.12.14 / 16:25
Müəllif
Axar.az
Digər xəbərlər

Kreml “başladı”: Lavrov Zəngəzura qarşı 2 “bəhanə” tapdı

Tramp və Putinin Avropanı şoka salan gizli sövdələşməsi...

Bunu Yevlaxa gedənlərdən soruşun! - Akopyan

Bayramov Zəngəzura görə ABŞ rəsmilərini qəbul etdi

Azərbaycanın məqsədi İran və İsrail arasında tərəf tutmaq deyil

İlham Əliyevin Qazaxıstana səfəri hazırlanır - Tokayev

FTX Azərbaycan vətəndaşını saxladı - Video

İlham Əliyev Şimali Makedoniya prezidentini təbrik etdi

Çin Rusiyanı Moskoviyaya çevirir: 40%-ini alır – Xəritə

Prezident İmaməli Rəhmana məktub göndərdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla