Yuxarı

Azay Quliyev atıcıları mükafatlandıracaq

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azay Quliyev atıcıları mükafatlandıracaq

Şura "QHT-lər arasında atıcılıq çempionatı"nın qaliblərini mükafatlandıracaq.

Axar.az xəbər verir ki, Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası mayın 5-də saat 10:00-da Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü ilə əlaqədar "QHT-lər arasında atıcılıq çempionatı" təşkil edəcək. Çempionata 10 QHT komandası qatılacaq.

Binəqədi rayon İcra Hakimiyyətinin təşkilati dəstək verdiyi layihənin koordinatoru Azərbaycan Tələbələr Birliyidir. Çempionatın qaliblərinin mükafatlandırılması mərasimində Şura sədri, millət vəkili Azay Quliyev və Binəqədi rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov iştirak edəcək.

Eyni zamanda, Azay Quliyev və Xaləddin İsgəndərovun iştirakı ilə "Heydər Əliyev və Azərbaycan gəncliyi" mövzusunda gənclərlə görüş keçiriləcək. Prezidentin təşəbbüsü ilə həyata keçirilən "Ölkəmizi tanıyaq" layihəsi çərçivəsində Naxçıvana edilən I və II tur tanışlıq səfərinin iştirakçısı olmuş şagirdlər də qatılacaq.

Tarix
2016.05.04 / 16:40
Müəllif
Aygün Yusibova
Digər xəbərlər

Prezidentin hesablarında Vyetnam səfəri ilə bağlı - Videoçarx

Əli Əsədov Kobaxidzeyə başsağlığı verdi

Bakı dünya güclərini üstələyə bilər – Belyayev

Asiya ölkələri ilə əlaqələrimiz yüksələn xətlə inkişaf edir

İlham Əliyev Çan Tan Man ilə görüşdü - Foto

Vyetnama nə satıb, nələr almışıq?

İlham Əliyev Le Minh Hunq ilə görüşdü

Bu ölkənin Azərbaycanda səfirliyi açılacaq

Ukraynada həbsdə olan Misir Qasımlı azad edilir?

Kestutis Budris Azərbaycana gəlir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla