Yuxarı

Babayevin 2,5 milyonunu ələ keçirənlərdən biri öldü

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Babayevin 2,5 milyonunu ələ keçirənlərdən biri öldü

Olimpus Şirkətlər Qrupunun rəhbəri Əbülfəz Babayevə qarşı 2,5 milyon manatdan çox dələduzluq etməkdə ittiham olunan şəxslərdən biri - Ramal Əzimov ölüb.

Axar.az Report-a istinadla xəbər verir ki, onun xərçəng xəstəliyindən vəfat etdiyi bildirilir.

Bu səbəbdən təqsirləndirilən şəxs barəsindəki cinayət işi digərlərindən ayrılıb.

İttihama əsasən, Əliyar Abbasov, Ümid Abbasov, Asiman Əzizov, Məhərrəm İbrahimli, Pərvin Zeynallı, Ramal Əzimov və Xəyalə Hüseynova Əbülfəz Babayevin 2 milyon 550 min manatını dələduzluq yolu ilə ələ keçirməkdə təqsirləndirilirlər.

Ə.Abbasov ARB telekanalının binasını atasının əmlakı kimi təqdim edərək Əbülfəz Babayevə satmağı söz verib və ondan 100 min manat beh alıb.

Qeyd edək ki, cinayət işində zərərçəkmiş şəxs qismində tanınan Əbülfəz Əmirastan oğlu Babayev Olimpus Şirkətlər Qrupunun təsisçisidir. Bakı-Şamaxı yolunda "Lukoyl" yanacaqdoldurma məntəqəsinin sahibidir. Eyni zamanda bir çox tikinti layihələrində təsisçi kimi payı var. İttihama görə, təqsirləndirilən şəxslər qabaqcadan əlbir olub zərərçəkənin 2 milyon 550 min manat pulunu ələ keçiriblər.

Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 178.4 (xüsusi külli miqdarda dələduzluq etmə), 193-1.2.3 (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma) və 228.4-cü maddəsi ilə ittiham irəli sürülüb.

Tarix
2025.01.06 / 12:28
Müəllif
Axar.az
Digər xəbərlər

Prezidentin həftəlik fəaliyyəti ilə bağlı icmal - Video

Azərbaycan-Türkiyə gərginliyində sizlər nə etdiniz?

Ankara bunun üçün Azərbaycana arxalanır - Bayraqdar

Britaniya səfiri də Azərbaycanı təbrik etdi

Ukrayna səfiri Azərbaycanı təbrik etdi

Ərdoğandan Azərbaycanla bağlı paylaşım

Dudayevin həyat yoldaşı Azərbaycanı təbrik etdi

Türkiyə MN də Azərbaycanı təbrik etdi

Azərbaycanla bağlı manipulyasiya... - Bəyanat

MHP Azərbaycanı təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla