Yuxarı

“O, özünü atan deyil, camaatı ələ salır” - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
“O, özünü atan deyil, camaatı ələ salır” - Video

Azad Şıxəliyev sevgilisi ilə aralarında olan hansısa problemə görə intihar etməyib. O, psixi baxımdan problemliydi, xəstəxanada da qeydiyyata alınmışdı.

Bu sözləri "Axar.az"a Kürdəmir rayonunda 20 yaşlı Şıxəliyev Azad Xasay oğlunun Şıxəliyev özünü qüllədən ataraq intihar etməsi barədə yayılan söhbətlərə aydınlıq gətirən sakinlərdən biri deyib. Onun sözlərinə görə, A.Şıxəliyev bir ay öncə də intihara cəhd etmişdi: "O zaman da anası onu əsəbiləşdirdiyi üçün qolunu kəsmişdi. Güclü qanaxma nəticəsində ölümcül hala düşən gənci təcili olaraq Kürdəmir rayon Mərkəzi Xəstəxanasına götürmüşdülər. Elə o zaman da Azad Şıxəliyevi psixiatriya şöbəsində qeydiyyata alıblar".

Əvvəllər dönərxanada işləyən gəncin narkotik maddələrin qəbuluna meylli olduğunu deyən şahid əlavə edib ki, o narkotikadan asılı olduğuna və ağrılara dözmədiyinə görə intihar edib: "Bütünlükdə o ailədə kriminal aləmə bağlılıq var. Belə ki, mərhumun bir qardaşı hazırda həbsxanadadır. Digər qardaşı isə bu yaxınlarda azadlığa çıxıb. Hadisə zamanı oğlanın anası, bacısı, qardaşı və sevgilisi orada olub".

Şahidin dediyinə görə, qülləyə çıxdığı vaxt onun özünü atacağına o qədər də inanmayıblar: "Hətta hamı elə fikirləşirdi ki, o özün atan deyil, camaatla məzələnir".

Amma sonra onun inadı vəziyyəti dəyişib. Mərhumun hadisə yerində olan doğmaları – anası, qardaşı və sevgilisi nə qədər cəhd etsələr də, onu fikrindən daşındıra bilməyiblər. "Azad "gəlirəm" deyib özünü yerə atıb. On min voltluq işıq xəttinin üstünə düşərək ağzı üstə asfalta çırpılan gənc ölüb.

Cinayət işi başlanılıb

Baş Prokurorluğun Mətbuat xidmətinin katibi Eldar Sultanovun sözlərinə görə, faktla əlaqədar cinayət işi başlanılıb:

"Faktla bağlı rayon prokurorluğunda cinayət məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb. Hazırda ölümün səbəblərinin müəyyənləşdirilməsi istiqamətində zəruri istintaq tədbirləri davam etdirilir. İş üzrə məhkəmə tibbi ekspertizası təyin edilib".

Tarix
2014.02.18 / 12:30
Müəllif
Gülnarə Kərimova
Digər xəbərlər

Gürcüstan DTX-nin 62 səhifəlik sənədində Azərbaycan...

Tərifli göz həkimindən göz dağı - Qəbulunda nələr gördüm?

Bakı ermənisi olan senator qiyabi həbs olundu

Ukrayna buna görə Azərbaycana təşəkkür etdi

Bakı və Ankara arasında hərbi əməkdaşlıq müzakirə edildi

Bu ölkələrin qərəzli sənədlərini rədd edirik - MM

Tramp bəyan etdi: Bu gün axşam İranla...

"Expressbank" əməkdaşları üçün seminar keçirildi - Foto

İsanın heykəlini sındırana cinayət içi açılıb – Netanyahu

İranın gizli oyunu: Silahlar yenidən işə düşür?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla