Ana səhifə Toplum |
Azərbaycan vətəndaşı Taleh Mehdi oğlu Becanovun ekstradisiyası haqqında Baş Prokurorluğun vəsatəti Rusiyanın Baş Prokurorluğu tərəfindən təmin edilib.
Bu barədə Axar.az-a Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.
Belə ki, Bakı şəhəri Xətai Rayon Polis İdarəsində ibtidai istintaq edilən cinayət işi üzrə Taleh Becanovun Cinayət Məcəlləsinin 178.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla törədilən dələduzluq) maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsinə əsaslı şübhələr müəyyən edildiyindən, təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar qəbul edilməklə barəsində beynəlxalq axtarış elan edilib.
Taleh Becanov Rusiya ərazisində saxlanılaraq Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə Azərbaycana gətirilib.
Tarix
2025.01.06 / 18:09
|
Müəllif
Axar.az
|