Yuxarı

Ərini doğrayaraq kanala atan bu məşhurun qızı imiş

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Salyan Rayon Prokurorluğu və Rayon Polis Şöbəsi əməkdaşlarının birgə fəaliyyəti nəticəsində ötən il dekabrın 18-də itkin düşmüş Salyan rayon sakini, 1984-cü il təvəllüdlü Röyal Hüseynovun qətli ilə bağlı bəzi təfərrüat məlum olub.

Axar.az xəbər verir ki, hadisə ilə bağlı Teleqraf.com-a danışan Yenikənd kəndinin bələdiyyə sədri Məsabə Abasov Mətanət Hüseynova və Röyal Hüseynovun Yenikənd sakinləri olduğunu bildirib.

“İllər əvvəl onlar bir-birinə qoşulub qaçıblar. Yeniyetmə yaşında iki oğlan, bir qız övladları var. Bu ailə uzun illərdir ki, müxtəlif fermalarda çalışıblar. Bu səbəbə görə onlar Yenikənddə xeyli vaxtdır yaşamırdılar”, - o deyib.

Onun sözlərinə görə, R.Hüseynov həyat yoldaşını tez-tez döyüb təhqir edirmiş:

“Yazıq gəlin nə etsin? Əri hər gün ona işgəncə verirdi. Yəqin canını qurtarmaq üçün bu hadisəni törədib”.

İddialara görə, Röyal Hüseynov içki və narkotik istifadəçisi olub. Ona görə də ailədə tez-tez münaqişə baş verib, həyat yoldaşını incidib. 15-20 gün bundan əvvəl kənddə məlumat yayılıb ki, Röyal evdən silah və pul götürüb, quş ovlamağa gedib və geri qayıtmayıb. Bundan sonra onun axtarışına başlanılıb:

“Qətli törədən Mətanət Hüseynova Neftçala Xəstəxanasının cərrahı, bölgədə tanınmış həkim Fədail Salmanovun qızıdır”.

Neftçala rayon xəstəxanasının cərrahı Fədail Salmanov açıqlamasında bildirib ki, hadisə ilə bağlı heç bir məlumatı yoxdur:

“Mən onları 15 ildir ki, görmürəm. Onların harada yaşadıqlarını belə bilmirəm. Qızımın arxasınca getmək fikrim yoxdur. Mənim işim-gücüm var. Qanun var, qayda var. Dövlətin qurumları hər şeyi aydınlaşdıracaq. Kimin nə günahı varsa, cəzasını da çəkəcək. Mən heç nəvələrimi də görməmişəm. Heç bu gündən sonra görmək niyyətim də yoxdur”.

Qeyd edək ki, həyata keçirilmiş istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində 17 dekabr 2024-cü il tarixdə 1986-cı il təvəllüdlü Mətanət Hüseynovanın Salyan rayonunun Yeni Uluxanlı kəndində işlədikləri fermada aralarında yaranmış mübahisə zamanı əri Röyal Hüseynova ov tüfəngi ilə atəş açaraq qəsdən öldürməsi, növbəti gün cinayət hadisəsini gizlətmək üçün meyiti hissələrə bölərək kənd ərazisindəki kollektora atmasına əsaslı şübhələr müəyyən edilib.

Röyal Hüseynovun meyitinin olduğu yer müəyyən olunaraq prokuror-kriminalistin və ekspertin iştirakı ilə çıxarılıb, iş üzrə zəruri ekspertizalar təyin olunmaqla intensiv istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Tarix
2025.01.07 / 14:29
Müəllif
Axar.az
Digər xəbərlər

Bayramovla Georgiev arasında təkbətək görüş başladı

Sülh sazişi razılaşdırıldı: Bakının əsas narahatlığı qalır

Bakı ilə sülh bizi dosta çevirməyəcək - Mirzoyan

Sülhdən sonra Bakı və İrəvan bu iddialardan geri çəkiləcək

Baş nazir Milli Məclisdə hesabat verir

Milli Məclisin iclası başladı: Baş nazir hesabat verəcək

Bu ölkələr Bakı və İrəvanın addımını alqışladı

Britaniya Azərbaycana ilk dəfə attaşe təyin etdi - Foto

Trampın xüsusi elçisi Moskvadan Bakıya gəldi - KİV

Putinin atəşkəs şərtləri: Ukrayna nələri itirəcək?

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla