Yuxarı

Ağadadaş Ağayevlə mühafizəçi barışdı - Yeniləndi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

14:27

Xalq artisti Ağadadaş Ağayevin ittiham olunduğu cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Axar.az xəbər verir ki, bu gün Binəqədi rayon Məhkəməsində hakim Vüsal Tağıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin vəkili Asim Abbasov məhkəməyə barışıq əldə olunması ilə bağlı natoriusda təsdiq olunmuş ərizəni təqdim edib.

Daha sonra zərərçəkən şəxslər sərbəst ifadə verib.

Prosesdə "Medera Hospital”ın xadiməsi, zərərçəkən Nəzakət Paşayeva bildirib ki, heç bir şikayəti və tələbi yoxdur: “Artıq barışıq əldə olunub”.

Prosesdə zərərçəkən qisimdə tanınan "Medera Hospital”ın mühafizəçisi Nurəddin Cəlilov da barışdıqlarını və heç bir şikayətinin olmadığını bildirib.

Daha sonra şahidlər dindirilib.

Məhkəmə yanvarın 16-da davam etdiriləcək.

Qeyd edək ki, hadisə bu il iyulun 23-də Binəqədi rayonu ərazisində baş verib. Xalq artisti Ağadadaş Ağayevlə “Medera Hospital”ın mühafizəçisi Nurəddin Cəlilov arasında insident baş verib. Ağadadaş Ağayev mübahisə etdiyi mühafizəçiyə balta atıb, balta klinikada çalışan N.Paşayevaya dəyərək xəsarət yetirib. Mühafizəçi isə xalq artistini döyüb.

Faktla bağlı cinayət işi başlanıb. A.Ağayev və Nurəddin Cəlilov cinayət məsuliyyətinə cəlb edilib. Sonradan N.Cəlilovun işi ayrıca icraata verilib.

Xalq artisti Ağadadaş Ağayev isə “Medera Hospital”a qarşı mülki iddia qaldırıb.

İşə Binəqədi Rayon Məhkəməsində baxılır. A.Ağayev “Medera Hospital”dan mənəvi zərərin ödənilməsini tələb edir. Öz növbəsində, “Medera Hospital”ın rəhbəri Qaraxan Əliyev də Ağadadaş Ağayevə qarşı iddia qaldırıb.

Tarix
2025.01.08 / 16:59
Müəllif
Axar.az
Digər xəbərlər

Bu ölkələr Bakı və İrəvanın addımını alqışladı

Qırğızıstanla Tacikistan saziş imzaladı - Bakıdan reaksiya

Sülh mətni razılaşdırılıb, bəs İrəvan niyə savaş hazırlığı görür?

Quterreş Bakı-İrəvan müzakirələrini alqışladı

Sülh sazişi nə vaxt imzalana bilər?

Nikol niyə bu barədə Makrona yox, Putinə məlumat verdi

ABŞ narahatdır: Üç ölkə ona qarşı birləşib

Rusiya həmişə Bakı və İrəvanla bağlı bunun tərəfdarı olub

Bayramov Şarl Mişellə görüşdü

Rubiodan bəyanat: Bakı və İrəvana çağırış edildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla