Ordumuz bu ərazilərdən çıxacaq, əvəzində... - Paşinyan
08:00
Ana səhifə Toplum |
Şamaxıya yağan leysan yağışları və dolu Ərçiman və Çağan kəndlərində bir sıra fəsadlar törədib.
Region TV xəbər verir ki, Ərçiman kəndinin ərazisindən keçən Pirsaat çayında suyun səviyyəsi xeyli artıb. Nəticədə təsərrüfatlara ciddi ziyan dəyib. Sel suları sakinlərin əkin sahəsini yuyub aparıb, iri buynuzlu mal-qara tələf olub.
Kəndlərə gediş-gəlişdə də çətinliklər yaranıb. Xüsusilə də Ərçiman kəndinə gedən yeganə yolun çaydan keçməsi nəticəsində kəndlə rayon mərkəzinin əlaqəsi kəsilib.
655-ə yaxın sakini olan kənddə hər il yağıntılar dövründə eyni hal yaşanır. Məsələnin yeganə çıxış yolu isə çayın üzərində körpünün tikilməsidir.
Tarix
2016.05.09 / 21:44
|
Müəllif
Axar.az
|